"İyirmi il sonra siz etdikləriniz üçün deyil, daha çox etmədikləriniz üçün heyifsilənəcəksiniz. Ona görə də lövbəri qaldırın və sakit limanı tərk edin. Fırtınalara sinə gǝrin. Araşdırın, xəyal qurun, kəşf edin."
"Təsəvvür edin ki, həyat bir oyundur və siz eyni zamanda beş topu alinizdə atıb-tutursunuz. Topların adı iş, ailə, sağlamlıq, dostlar və dürüstlükdür. Nəhayət, bir gün siz işin "rezin top" olduğunu başa düşürsünüz. Əgər onu əlinizdən salsanız, o, yerə dəyib yenidən havaya qalxacaq. Digər toplar (ailə, sağlamlıq, dostlar, dürüstlük) isə şüşədəndir. Onlardan birini yerə salsanız, həmişəlik zədələnəcək, bir hissəsi qopacaq və yaxud çilik-çilik olacaq."
Kendinize bir yön tayin edin, o yolda ilerlemeye başlayın ve neler yaşayacağınızı görün. Zaman içinde her şey daha belirgin olacaktır, yaşadıklarınızdan hoşlanmazsınız, fikrinizi her zaman değiştirebilirsiniz. Bu sizin hayatınız.
"İnsanların əksəriyyəti xəyallarının yarısını belə gerçəkləşdirə bilmir, etdikləri və yaxud etmədikləri seçimlər ucbatından belə olduğunu bilə-bilə ölürlər."
İnsanların eylemleri başta zahmetli ve sıkıntılı olabilir; ancak uzun vadede pişmanlık hissiyle cezalandırılmalarına neden olan şey eylemsizlikleridir.
Şəxsi inkişaf, motivasiya xarakterli kitablarla çox da aram yoxdu. Amma bəzən belə kitablara şans verib vaxtımı oğurlamaqlarına izin verirəm. "Bir Şey" kitabı isə indiyə kimi oxuduğum sözügedən janr tipinin nümunələri içərisində ürəyimdən tikan çıxaranı oldu. Həqiqətən, bu kitab sadəcə bir şeyə fokuslanır və bir çox məsləhət-məlumat gipnozundan ibarət "populist manevrləri" ilə növbəti qurbanlarını ələ keçirən digər fərdi inkişaf kitablarına - əsasən! - bənzəmir. Oxudum, mənimsədim, indi isə tətbiq edirəm.
Əvvəla, bunu deyim ki,kitabın adı ilə maraqlanan və ya maraqlanmayan hər kəs oxuya bilər,çünki hər kəsə lazım olduğunu düşünürəm.Oxuduğum və oxuyacağım bütün şəxsi inkişaf kitabları içərisində ən möhtəşəmi idi.Şəxsi inkişaf kitabı olmasına baxmayaraq,çox axıcı idi.Kitabda ən sevdiyim hissə uşaqlığımda baxdığım çizgi film qəhrəmanı olan Ebenezer Skruc haqqında danışması oldu.Skruc bütün həyatını sadəcə pul yığmağa xərcləyir,bütün dostlarını,münasibətlərini bu yolda qurban verir.Lakin bir gün ölmüş dostunun ruhu onu ziyarət edir və ona gec olmadan dəyişməsi üçün yalvarır.Bu hadisədən qorxan Skruc həyatının məqsədini ,priotetini dəyişir və tamamilə fərqli adama çevrilir.Bəli, bizim həyatımızı məqsədlərimiz,priotetlərimiz müəyyənləşdirir.Məndə eynilə Skruc kimi kitabdan öyrəndiyim BİR ŞEY'i tətbiq etmək üçün tələsirəm...Ümid edirəm faydalı oldu.Sevgilə qalın:)
tipik bir kişisel gelişim kitabı aslında çok okuduğum tarzda değil, biraz daha farklı olabilirdi. kitapta çok fazla' bir şey' yazması başımı ağrıttı:) ama yine de okunabilecek bir kitap olduğunu düşünüyorum
Bir Tek ŞeyGary Keller · Altın Kitaplar · 2020254 okunma