Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Asəf Hüseynov

Hərbistan yazarı
Yazar
Tasarımcı
0.0/10
0 Kişi
42
Okunma
34
Beğeni
1.852
Görüntülenme

Hakkında

Tam adı:
Asəf Asim oğlu Hüseynov
Unvan:
Yazıçı
Doğum:
Bakı, 2 Nisan 2001

Okurlar

34 okur beğendi.
42 okur okudu.
1 okur okuyor.
37 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Tasarımcı Olduğu Kitaplar

Tümünü Gör

Sözler ve Alıntılar

Tümünü Gör
Bir könülə girmək nəsib işidir. Orada qalmaq isə mərifət.
Reklam
Elə bir imtahandayıq ki, hər an kağız önümüzdən götürülə bilər. Ona görə də biz durmadan o kağıza gözəl şeylər yazmalıyıq. Hər gün yeni bir başlanğıcdır. Əgər bu gün də yuxudan oyana bilmisənsə hələ də bir çox şeyi dəyişmək üçün bir neçə saat şansın var deməkdir. Ölüm ölmür…
Əsl sevgi bir anın məhsulu deyil. Formalaşması zaman və əmək istər. Sevgi doğru zamanda, doğru insana və doğru ölçüdə verilərsə sonu xoşbəxtliklə nəticələnir. Əks təqdirdə sonu uçurum, xəyal qırıqlığı və travmadan başqa bir şey deyil.
“İndi düşün. Onu və səni yaradan, yaratmaqla kifayətlənməyib qarşı-qarşıya gətirən və eyni zamanda sevdirən Allah ondan daha gözəlini yarada və irəlidə səninlə yollarını kəsişdirə bilməzmi?”
Bizim daxili resurslarımız bizim xaricimizə yansıyır. Yəni əslində xarici dünyamızı gözəlləşdirən, onu rəngarəng edən daxildə qurduğumuz dünyamız-daxili dünyamızdır. Qısası, sən sənin ən böyük şansısan.
Asəf Hüseynov
Asəf Hüseynov
Un amico solido è il miglior regalo fatto all'uomo. Sağlam bir dost, insana verilmiş en güzel armağandır.
Reklam
Hədiyyə kitab!
Əziz kitabsevərlər. Çox saylı müraciətləri və kitabın kitabxanalarda olmadığını nəzərə alaraq yazıçımız və dostum Asəf ilə birgə Cümə gününə özəl " Kitablı gün " adlı günə start veririk. Belə ki, keçən dəfəkilərdən fərqli olaraq bu dəfə kitab əldə etmək üçün heç bir suala cavab vermək zərurəti yoxdur. Qaliblər (üç nəfər) şans əsəri, yəni püşk atma yoluyla seçiləcək və bu şəxslər yenə yalnız kitabı "oxumağı düşünən"lər arasından olacaq. Qaliblərin adları sabah axşam saat 23:00-da açıqlanacaq. Uğurlar 🙂
Hərbistan
Hərbistan
Asəf Hüseynov
Asəf Hüseynov
Təbriklər!
"Hərbistan" kitabını "Oxumağı Düşünənlər" siyahına əlavə edən oxucular arasında keçirilən püşk atmada qaliblər bəlli oldu.
Məsud Aliyev
Məsud Aliyev
zhala
zhala
@nurane_04 Təbriklər! Hər bir oxucu yazıçımız
Asəf Hüseynov
Asəf Hüseynov
un
Hərbistan
Hərbistan
kitabını hədiyyə olaraq əldə etmiş oldu. Zəhmət olmasa adı çəkilən oxucular kitabı götürmək üçün əlaqə saxlasın. Xoş oxumalar!

Yorumlar ve İncelemeler

Tümünü Gör
122 syf.
9/10 puan verdi
Əgər kitabı oxumadan əvvəlki mən olsaydım,bu yazıya "Kitabla tanışlığım bir təsadüf idi",-deyə başlayardım.Ancaq kitabı oxuduqdan sonra bunu təsadüf adlandırmıram.Oxumalıydım,çünki buna ehtiyacım var idi.Oxumalıydım,çünki Allahın varlığını bir daha içimdə hiss etməliydim. Kitabda məni də hər zaman düşündürmüş,amma cavab tapa bilmədiyim
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202342 okunma
122 syf.
9/10 puan verdi
·
5 saatte okudu
Bir gənc yazardan bir kitab daha...
Kitabın mövzusundan söz etmiş olsam, dünyada əksər insanların daim arzusunda olduğu bir hissin, xoşbəxtliyin arxasınca gedən 8 gizli və sirli əsgərin 4 gündə 4 fərqli ölkədə yaşadıqları hadisələrdən bəhs edir. Qəribədir, elə deyil mi, nə olduğunu bilmədiyin bir şeyin axtarışında olmaq? Amma əsərdəki qəhrəmanlarımız bunu məharətlə edir. Əsərin mənə toxunan hissəsi isə, qəhrəmanların öz həyatlarından danışdıqları hissələr oldu. Bugünkü zamanımızda öz xeyrinə olan cəfəngiyyatları "İslam başlığı "adı altında tanıdan şərbaz və həddini bilməzlərə bir şillə ola biləcək gücdədir bu kitab, mənim fikrimcə. Ustalıqla istifadə edilmiş cümlələr, hadisələr ardıcıllığı və bütün bunların yaratdığı əsas məna gələcəkdə yazarın daha çox məsafələr qət edəcəyinin göstəricisidir. Daha necə ruhoxşayan kitablarda görüşmək diləyi ilə.
Asəf Hüseynov
Asəf Hüseynov
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202342 okunma
Reklam
122 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Xoşbəxtlik axtarışında olanlar üçün...
Bu kitabın incələməsini yazmaq mənim üçün çox dəyərli bir andı. Səbəbi isə yazıçısının ən yaxın dostumun olmasıdı. Gözlərimin önündə yazılmış bir hekayədi bu. Amma tam səmimi fikirlərimi bölüşəcəm sizinlə, bir qram belə yalan olmayacaq. 118 səhifəlik kitabımız başlarda sıradanlıqla başlayır, oxucuya elə gəlir ki hər zamanki hərb mövzulu bir kitab daha. Amma çox çəkmir hekayəmizin fərqliliyinə varmağımız. 8 anonim ölkənin 8 anonim xüsusi təyinatlısı birlikdə xoşbəxtliyi axtarır. Bu yolda Allahın varlığı, Sevginin nə olması, insanlığın varlığı, irqi ayrı-seçkilik və bu kimi neçə-neçə aktual mövzuya toxunulur. Amma ən önəmlisi toxunulmaqla qalmır bunlar cavablandırılır. Burdakı kütlə, yəninsiz kitab sevərlərsiz və bilirsiniz ki son zamanlar ölkəmizdə ateistliyi təbliğ edən bir neçə kitablar yazılır. Təbii ki buna bir sözüm yox. Amma Hərbistan bu kitablara qarşı ayaqda dura biləcək qədər Tanrıdan bəhs edən bir əsərdi. Bunu tam dəqiqliklə deyə bilərəm. Və mənim fikrimcə cəmiyyətimizin belə kitablara və yazıçılara ehtiyacı var. 9 xal verməyimə səbəb nə hekayənin mövzusu nə də dili oldu. Buna səbəb həcminin kiçikliyi oldu bu qədər. Dostum, qardaşım Asəf, qəlbin rahat olsun, istədiyini çatdıra bilmisən kitabında. Və adına çox sevinirəm, uğurların və qələmin bol olsun. Və unutdum. Kitabxanaçı Ays xanıma da çox təşəkkürlərimi bildirirəm. Çox yardımçı oldu kitabın burada yerləşdirilməsinə.
Ays
Ays
Hərbistan
Hərbistan
Asəf Hüseynov
Asəf Hüseynov
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202342 okunma