Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Musa es-Sadr

Musa es-SadrPeyğəmbərlərin Varisi Hüseyn yazarı
Yazar
8.0/10
7 Kişi
30
Okunma
12
Beğeni
1.238
Görüntülenme

Hakkında

İran'ın Kum şehrinde Lübnanlı Şii El-Sadr ailesinin bir ferdi olarak dünyaya geldi. Babası Sadruddin Sadr ona Musa ismini verdi. Musa Sadr çocukluk ve gençlik yıllarını bu mahallede geçirdi. Dini eğitim ve akademik eğitimini tamamladıktan sonra siyasi hareketlerin içinde ve başında yer aldı. Lübnan İç Savaşında Emel ordusunun komutanlarındandı. Hayatta olup olmadığı bilinmemektedir.
Unvan:
İran din adamı ve siyasetçi.
Doğum:
İran, 4 Haziran 1928

Okurlar

12 okur beğendi.
30 okur okudu.
2 okur okuyor.
19 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Ümmət böhranın, əxlaqi tənəzzülün, zülmkar rəhbər qarşısında əyilməyin və gümana bel bağlamağın son həddinə çatmışdı. Güclü bir təkana ehtiyaclı idi. Bu təkanı Hüseyn məhz öz fədakarlığı ilə həyata keçirdi. Bunun üçün ən münasib şəraiti seçdi və bu yolda mümkün olan ən səxavətli fədakarlığı göstərdi. Nə üçün? Sırf Allah üçün. Nə özü, nə nüfuzu, nə ailəsi, nə də şan-şöhrət üçün. Yalnız Allah üçün.
Müsəlmanlar arasında incəsənət muzeylərə və ya xüsusi bir təbəqəyə məxsus olmamışdır. Daha dəqiq desək, onlar üçün incəsənət heç vaxt lüks həyat və dəbdəbəli yaşayışın göstəricisi olmayıb.
Reklam
...qələbə bizimlədir,lakin ölüm və şəhid olma bahasına...
Sayfa 24 - Parlaq İmzalarKitabı okudu
Müsəlmanlar arasında incəsənət muzeylərə və ya xüsusi bir təbəqəyə məxsus olmamışdır. Daha dəqiq desək, onlar üçün incəsənət heç vaxt lüks həyat və dəbdəbəli yaşayışın göstəricisi olmayıb.
Zeynəb öz məşhur xütbəsini deyir. Bəlkə də bu mərasimlərdə həmin dəyərli xütbəni eşitmisiniz. Bu xütbənin bir yerində belə deyir: "Yezid, elə güman edirsən ki, yeri-göyü bizə daraltmaqla, bizi əsirlər kimi o şəhərdən-bu şəhərə aparmaqla sən Allah yanında hörmətli, biz isə zəlil, xar olduq?! Məgər Allahın bu sözünü unutmusan: "Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!"
Sayfa 168 - Parlaq İmzalarKitabı okudu
Görüşlər başlıca olaraq Sur və Beyrut şəhərlərində, "əl-Cəfəriyyəǝ" və "əl-Amiliyyə" məktəblərində baş tutur. İlk günlərdə gənclərin istehzalı baxışlarına və təhqiramiz gülüşlərinə dözməli olurBu, bir neçə ay belə davam edir. Lakin bir gün seminardan Çıxarkən gənclərdən biri ona yaxınlaşaraq deyir"Heç hiss etmisiniz gənclər nə üçün sizə maraq göstərir və belə yaxınlıq duyurlar?" O gəncin özü bu məhəbbət və bağlılığın sə- bəbini belə izah edir: "Çünki sizin toxunduğunuz mövzular və etdi- yiniz təkliflər daxili ehtiyacları və psixoloji prob- lemləri nəzərə alaraq deyilir. Daha doğrusu siz bizim fiziki və mənəvi vəziyyətimizə realist yanaşırsınız. Bizim problemlərimizi təmkinlə, diqqətlə nəzərdən keçirir və imkan daxilində həll edirsiniz”.
Musa es-Sadr
Musa es-Sadr

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
172 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Hüseyn hidayət çırağı və nicat gəmisidir...
Deməəək, mükəmməldən də mükəmməl bir kitab idi.Hər cümlənin altından xətt çəkməmək üçün özümü zor tuturdum,hər yeri nişanlamaq,hər yerə "stick note" yapışdırmamaq üçün savaş verirdim.Hər cümləsi bir dərinlik,bir məna kəsb edirdi.Musa Sədr hər sözündən tutmuş cümləsində qədər Kərbəlanın fəlsəfəsini aydın şəkildə gözlər önünə sərirdi.Bununla yanaşı İmam Hüseynin fədakarlığından tut, Xanım Zeynəbin missiyasına qədər hər bir hadisənin,hər bir hərəkətin, imamın məqsədinin izahı çox aydın, sadə və rahat dillə yazılmışdı. Kitabı çatdırmağa belə kəlimələrim kifayətsizdir.Nə qədər desəm, azdır.Ümumiyyətlə həyata qayıtmaq istəyən kitabı oxumalı, həqiqi yaşamaq istəyən isə əməl etməlidir. Həqiqətən də, "Hüseyn hidayət çırağı və nicat gəmisidir" Janr: xütbələrdən yığma Səhifə:172 Rəy:10/10 Qeyd: Bəzən Musa Sədrinin cümlələri hər bölmədə təkrar olur, çünki bu onun danışıqlarından yığma bir kitabdır,ona görə hər moizəsidə təkrarlar olması normaldır.Əslində bu yaxşı bir şeydir ki,əsas məsələlər insanın hafizəsinə daha yaxşı hopur.
Peyğəmbərlərin Varisi Hüseyn
Peyğəmbərlərin Varisi Hüseyn
Musa  Sadr
Musa Sadr
Peyğəmbərlərin Varisi Hüseyn
Peyğəmbərlərin Varisi HüseynMusa es-Sadr · Parlaq İmzalar · 201922 okunma
176 syf.
10/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
10/10 Kitabı çox təsadüf nəticəsində əldə etdim. Dəyərli bir şəxs üçün kitab almaq hədəfindəydim.libraff mağazasında rəfdəki kitablarla gözlərim həmrah olduğu bir vaxtda diqqətim bu kitaba cəmləndi. Kitab 176 səhifədən ibarət nəqletməyə əsaslanan kitabça təəssüratı verirdi. Fəqət başqa şansım yox idi, çünki digər kitablar oxucumun şəxsiyyət və marağına xitab etmirdi. Annotasiya və mündəricat ilə qısa tanışlığın ardından ödənişi edərək mağazanı tərk etdim. Bir vərdişim var ki, hədiyyə edəcəyim kitabı mütaliə etmədən sahibinə vermirəm. Çünki daha sonra kitab vasitəsilə oxucumda müşahidə edəcəyim dəyişikliklər, həmçinin eyni mövzuya tamamilə başqa baxış pəncərəsini müşahidə edib, müzakirələr aparmaqdan zövq alıram. Xülasə, 1-2 həftəmi bu kitabın mütaliəsinə sərf etdim. Baxmayaraq ki, kitab çıxışın yazıya nəql edilmiş formasıydı və mənim üçün dəfələrlə tədqiqat apardığım mövzu idi fəqət oxuduğum hər saniyədə beynim müqayisə və təhlillər apararaq gələcək üçün plan tərtib edirdi. Sanki 176 səhifəlik bir kitab 3 aylıq bir həyat sxemimdə mənə ayna rolunu oynayır, məni yuxudan oyadırdı. Geriyə baxdıqda 3 aylıq bir vaxtda oxuduğum heç bir motivasiya və şəxsi inkişaf kitabı bu kitabın mənə 1 həftədə bəxş etdiklərini vəd etmirdi.. Sonda sadəcə, bir cümləylə ifadə etməyə çalışacağam hisslərimi: "HƏQİQƏTƏN DƏ HÜSEYN HİDAYƏT ÇIRAĞI VƏ QURTULUŞ GƏMİSİDİR!"
Peyğəmbərlərin Varisi Hüseyn
Peyğəmbərlərin Varisi HüseynMusa es-Sadr · Parlaq İmzalar · 201922 okunma
176 syf.
·
Puan vermedi
Hz.Hüseyin , Kərbəla və Hz.Zeynəbin məqsəd və vəzifələri
Kitabda Hz.Hüseyin və Kərbalanın , Hz.Hüseyindən sonra Hz.Zeynəbin məqsəd və vəzifələri və bu cihadın nəticəsi ən doğru şəkildə izzah edilmişdir.Əlhəmdülillah
Peyğəmbərlərin Varisi Hüseyn
Peyğəmbərlərin Varisi HüseynMusa es-Sadr · Parlaq İmzalar · 201922 okunma