Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Naiq Babayev

Naiq BabayevKor Nöqtə yazarı
Yazar
0.0/10
0 Kişi
17
Okunma
3
Beğeni
270
Görüntülenme

Hakkında

Okurlar

3 okur beğendi.
17 okur okudu.
2 okur okuyor.
7 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Lap əlli il də keçsə, "Pes 13" oynayanın cibində pul nə gəzərdi?
Sayfa 13 - Şahmar; Parlaq İmzalarKitabı okuyor
Yaradanlar və Dağıdanlar
Şəkil çəkəni, nəsə yazanı, düzəldəni o qədər lağa qoyurlar ki, onlar da soyuyurlar. İstedadları beşikdəcə boğulur.
Sayfa 69 - Pərvanə müəllimə; Parlaq İmzalarKitabı okuyor
Reklam
- ...Böyük siniflərin hamısı "Əli və Nino"nu oxuyurdu. Mən də marağına düşmüşdüm ki, görəsən, niyə oxuyurlar? Kitabxanaya getdim. Kitabı götürəndə kitabxanaçı dedi ki, qatlanmış səhifələrdən başlama. Mən də açıb baxdım ki, erotik səhnələrdi. Utanıb qoydum yerinə. - Hahaha. Niyə ilişirlər e? Məktəbə gəlibsə, vəssalam da. İndi də elədi, görəsən? - İndi internet var. Cinsi tələbat üçün belə kitabxanaya getmir uşaqlar. Bütün günü dəhlizləri gəzirəm, kitabxana deyilən yerə bir uşaq da girmir.
Sayfa 115 - Parlaq İmzalarKitabı okudu
Bilmirdim xəstəliklə savaşım, ya ürəyiyumşaqlığımla. İkisinə də təslim oldum.
Sayfa 84 - Parlaq İmzalarKitabı okudu
Müəllimlik.")
"Şagird bir üzünə tüpürsə, digərinə tüpürməsi üçün valideyn çağırmalısan."
Parlaq İmzalarKitabı okudu
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
248 syf.
7/10 puan verdi
Açığı, gözləntim tamam başqa idi, səbəbi də müəllif deyil, digər oxuyuculardı. Çox gözəl söz seçimləri var müəllifin bir çox yerlərdə. Amma parçalara böləndə o gözəlliyi görmək olur, bütöv halında kitab məndə yarımçıqlıü duyğusu oyandırdı. Əvvəla personajlar inandırıcı deyil, Şahmar və Firuz bir-birinin oxşarıdılar. "İkisinin xəmiri, ya
Kor Nöqtə
Kor NöqtəNaiq Babayev · Parlaq İmzalar · 202317 okunma
248 syf.
8/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
İnsanın qayıdacaq yeri olmalıdır
Tərk edilən bir uşağın həyatının ilham verən finalını, içində bir yerdə unudulan, hətta varlığından xəbərdar olunmayan yaxşılığın üzə çıxışını, öz həyatını tapmaq üçün sistemdən qaçan gəncin özünü tam o sistemin mərkəzində tapmasını, həyatdan qisas almaq üçün ağlasığmaz şeyləri gözə alan yeniyetməni, diblərdən ayağa qaldıran mizahı və ən əsası insanı öldürənin də, xilas edənin də elə insan olduğunu mövzu alan “Kor nöqtə” insanı sonsuz qarmaşa içində rəsm edir. Hislərimi elə Naiqin də ilhamlandığı, hətta xarakterinə – Holdenə də göndərmə elədiyi yazıçı Selincerin fikirlərindən yola çıxaraq ifadə edəcəm. Belə deyirdi: "Bir kitabı oxuyub bitirəndə bunu yazan kaş ki çox yaxın dostum olardı, ürəyim hər istəyəndə ona zəng edib danışa bilərdim deyirsənsə, o kitaq həqiqətən yaxşı alınıb". Mən bunu biraz fərqli şəkildə tətbiq edirəm oxuduqlarıma. Xarakterlərlə dostlaşmaq istəyirəm, onları tanımaq, onlarla söhbətləşmək keçir içimdən. Ona görə düşünürəm ki... İnsanın tanımalı olduğu xarakterlər olmalıdır. Mən tanıdım. Kitabı bitirəndə Şahmarla oturub çay içmək istədim. Biraz söhbətləşərdik, bəlkə dostlaşardıq, bəlkə bir-birimizə aşiq olardıq. Fərqi yoxdur. Hər versiyada həyatında olmaq istəyərdim. Qorxu ilə ümid, xəyal qırıqlıqları ilə başdan başlama istəyi, peşmanlıq ilə inam arasında gedib-gələrdik yenə. Amma günün sonunda bir-birimizin qayıdacaq yeri olardıq.
Kor Nöqtə
Kor NöqtəNaiq Babayev · Parlaq İmzalar · 202317 okunma
248 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Gözləntimi üstələyən bir ədəbi nümunə oldu. Bir daha önyargı ilə yanaşmamalı olduğumu göstərdi. Ancaq sonluq mənə görə bir az utopik idi. Əslində mümkündür bir insanın bataqlıqdan sonra gül-çiçəkli çəməndə yüyürməsi,ancaq Şahmarın bu işıqlı yolu keçməsi bir az qısa və üstüörtülü oldu. Odur ki,insanda maraqla birgə, yarımçıqlıq hissi də oyadırdı. Amma yenə də Şahmarın sonu oxucuya maraqlı idi. Hadisələr isə özünəməxsus idi deyə daha da maraq yaratdıYazarın məkan,ad və ortam seçimləri məni hadisələrin Bakıda baş verdiyinə inandırdı. Bıçağın taleyi isə məni çox məyus etdi. Onun yenidən Şahmarın əlinə keçməsini istəməsəm də Şahmarın bıçaqdan vaz keçmə qərarıni və o zaman kəsiyini zövqlə oxumaq istəyərdim Ancaq başlı-başına kitab çox uğurlu və yeni idi. Yazarın digər əsərlərini də oxuyacagima əminəm
Kor Nöqtə
Kor NöqtəNaiq Babayev · Parlaq İmzalar · 202317 okunma