Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ömər Faiq Nemanzadə

Ömər Faiq NemanzadəXatirələrim yazarı
Yazar
9.0/10
3 Kişi
15
Okunma
1
Beğeni
1.097
Görüntülenme

Hakkında

Ömər Faiq 1872-ci ilin 24 dekabrında Axaltsixe qəzasının Azğur kəndində kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməmiş və yenicə açılmış rus məktəbinə daxil olmuşdur. Atası onu Qori müəllimlər seminariyasına qoymaq istəyirdi, lakin dindar qadın olan anasının: "Mən oğlumu kafirlərin içərisinə buraxa bilmərəm" deyə etiraz etməsi buna mane olmuş və anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, "Fateh" məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Dar-üş Şəfəq" məktəbinə daxil olmuşdur. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra Sultan istibdadına qarşı gizli çalışan cahillərə (cavanlara) qoşulmuşdur. Ömər Faiq 1920-ci ildə Gəncə Zəraət (kənd təsərrüfatı) Texnikumunun direktoru işləmişdir. O, 1920-1921-ci illərdə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, bir az sonra "Yeni fikir" redaksiya heyətinin üzvü seçilmişdir. Sonra Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri təyin edilmişdir. İnqilab illərində Ömər Faiq dəfələrlə həbs edilmişdir. O 1923-cü ildə Azərbaycana gəlmiş və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlmişdir. O dövrdə dərsliklərin hazırlanmasına və onların çap edilməsinə yardım etmişdir. Nemanzadə 1937-ci ilin yayında Axalsıxda öz ata yurdunda dincələrkən iyulun 16-da rayon prokuroru Odabaşyanın sərəncamı ilə həbs olunmuş və 3 ay sonra oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki "Üçlüyün" qərarı ilə güllələnmişdir. Ailəsi Ömər Faiq Nemanzadənin üç qız və bir oğlan övladı olmuşdur. Oğlu Kamil və qızları Kamilə, Ədilə və Bəxtli. Qızlarının 3-ü də Azərbaycan Tibb İnstitutunda təhsil almışdır.
Tam adı:
Ömər Faiq Nemanzadə
Unvan:
Ədib, İctimai-Siyasi Xadim, Mollanəsrəddinçi, Publisist, Pedaqoq, "Qeyrət" mətbəəsinin və "Molla Nəsrəddin" jurnalının təsisçisi, Cənub-Qərbi Qafqaz Türk Respublikasının Nazirlər Şurasının 1-ci sədri,
Doğum:
Azğur, Axaltsixe qəzası, Tiflis quberniyası, Rusiya İmperiyası, 24 Aralık 1872
Ölüm:
Tbilisi, Gürcüstan SSR, 10 Ekim 1937

Okurlar

1 okur beğendi.
15 okur okudu.
3 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
...müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi iqbalı da sağlam ola bilməz.
Ədəbiyyatı olmayan bir millətin, dilsiz insanə oxşuyacağını söyləmək üçün dəlilə, təfsilə hacət yox sanırım. Bundan ötrü örnək, misal axtarmaq üçün də uzaqlara getməyək: iştə başda çərkəz, ləzgi... dilləri, sonra da bizim türkcəmiz.
Reklam
Qadınlar onlara qarşı edilən zülmləri, onların başına gətirilən bəlaları dini bir müqəddimat (qəzavü-qədər, alın yazısı) hesab etdikcə , çəkdikləri əzab və əziyyətlərdən heç vaxt qurtara bilməzlər.
Ancaq mənim yazdıqlarımı "müqəllid" sözünün nə cür adamlara söylədiyimi, yazmaq demək istəyib də - zərurət və zaman müqtəzası ilə - açıq yaza bilməyib kinayə təriqi ilə söylədiyim mətləblərin bəsirət sahiblərinin nəzəri- diqqətlərinə həvalə edirəm.
Heç ola bilərmi ki vaxtı ilə İbn Sinalar, Fərabilər, Cövhərilər, Uluğ bəylər, Cəlaləddin Rumilər, Əlişir Nəvailər, Füzulilər və qeyrilər kimi türk oğlu türk alimlər yetişdirən bir millətin işığı asanlıqla sönsün?
Sayfa 221Kitabı okudu
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
352 syf.
9/10 puan verdi
·
Beğendi
Təsadüfi deyil ki, Nemanzadə Məmmədquluzadə ilə birgə çalışıb. Əsərlərindən bənzər məfkurəyə sahib olduqlarını görmək olur. Yenə də əsərlərinin gərəyindən az maraq gördüyünü düşünürəm. Amma kitabların aksesuara çevrildiyi bir dövrdə belə bir müəllifin az oxunulması da təəccüblü olmasın gərək. Təəssüf ki...
Seçilmiş Əsərləri
Seçilmiş ƏsərləriÖmər Faiq Nemanzadə · Şərq-Qərb Nəşriyyatı · 20064 okunma
168 syf.
9/10 puan verdi
·
28 saatte okudu
Xatirələrini oxuduğum ən möhtəşəm insanlardan biri oldu Ömər Faiq Nemanzadə. XX əsrin cahalət mühitinin yetişdirdiyi nadir şəxsiyyətlərdən, vətənsevər maarifpərvərlərdən biri idi, o. Həsən bəy Zərdabinin xatirələrini oxuyanda bu qədər həyəcanlandığımı xatırlayıram, bir də indi. Bütün həyatını cahil xalq kütlələrinin maariflənməsinə adamış, Azqur,
Xatirələrim
XatirələrimÖmər Faiq Nemanzadə · Xan Nəşriyyatı · 201512 okunma
168 syf.
10/10 puan verdi
·
Beğendi
Təəssüf ki, kitab yarımçıq qalıb. Əcəl aman versəydi bəlkə daha da maraqlı hadisələri qeyd edəcəkdi. Amma yarımçıqlığa baxmayaraq çox mətləblərə toxunulub. Oxumağınızı tövsiyyə edirəm.
Xatirələrim
XatirələrimÖmər Faiq Nemanzadə · Xan Nəşriyyatı · 201512 okunma