Seyid Əlirza Təraşiun

Qadın sirləri yazarı
Yazar
0.0/10
0 Kişi
5
Okunma
0
Beğeni
82
Görüntülenme

Hakkında

Okurlar

5 okur okudu.
2 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Bismilləhir Rahmənir Rahim
Naməhrəmlə şifahi ünsiyyət zamanı 2 nüansa diqqət yetirməlisiz: #1 Danışığınız heybətli olsun Qadın naməhrəmlə danışan zaman incə səslə danışmamalıdır. Əksinə, qadının danışığı heybətli olmalı, səsinin ahəngi və sözlərinin ağırlığı hiss olunmalıdır. Məsələn, Həzrəti Zeynəb (s.ə.) Şamda Yezidin məclisində iştirak edərkən çoxları deyirdi: "Biz Zeynəbin ağzından sanki Əlinin səsini eşidirik." #2 Az danışın Yəni çox qısa və lazım olan qədər danışın. Qadınlar dərin nə uzun nitqləri ilə kişilərə təsir göstərdiklərinə və istəmədən onları özlərinə cəlb etdiklərinə fikir verməlidirlər.
Bismilləhir Rahmənir Rahim
Bəzən qadın ərinə deməlidir ki, bir yerdə yaşadığımız bu müddətdə məndən razısanmı?
Reklam
Düşmənin hiyləsi
Bəzi statistikalar göstərir ki, ölkədə boşanmaların müəyyən bir hissəsi peyk antenası vasitəsilə yayımlanan serialların təsiri nəticəsində baş verib. Peyk antenalarında yayımlanan bir çox seriallar və verilişlər vasitəsilə, əslində, mədəniyyətimiz hədəfə alınır. Dinimiz və milli-mənəvi dəyərlərimizlə qarşı-qarşıya qoyulan proqramlar nəticəsində ailə və ictimai mühitimizin çirklənməsi ilə yanaşı, həm də qadın və kişilərimiz mənəvi fəsada, sapmalara məruz qalırlar.
Ailədə yalan
Buna görə də ər və arvad ilk söylədikləri yalanla müştərək həyatın kökünə zərbə vurmuş olurlar. Ola bilsin ki düz danışdıqlarına görə həyatlarında davalar, çətinliklər olacaq, amma belə olsa da, heç vaxt yalan yolda addımlamamalıdırlar; bu onların zərərinə olsa belə
Qadınların yoldaşlarına deməli olduqları cümlələr
Mən sənə olan sevgimə görə, həyatın acılarına və müştərək həyatımızdakı çətinliklərə dözürəm.
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
120 syf.
·
Puan vermedi
·
9 günde okudu
Bismilləhir Rahmənir Rahim
Kitabı çox bəyəndimmm🪽 Həqiqətən dəyərli kitabdır xanımlar üçün. Ailədə qadın ilə kişi müsibətlərindən danışılır. Xanımların diqqət etməli olduğu 40 mövzudan söhbət açılır. Məncə bunlara diqqət edən xanımı məharətli qadın adlandırmaq olar. Bu müəllifin digər bir kitabı da var- Cənnət kimi ailə. Onu da çox tövsiyə edirəm. Bu iki kitab hə həm subay həm də evli xanımlar üçün oxunmalı olan vacib kitablardandır.
Qadın sirləri
Qadın sirləriSeyid Əlirza Təraşiun · Sirac · 20262 okunma