Sərdar Amin

Su Sərgisi yazarı
Yazar
6.0/10
3 Kişi
8
Okunma
3
Beğeni
905
Görüntülenme

Hakkında

Tağıyev Sərdar İmaməddin oğlu 1988-ci ilin 4 yanvarında Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. Orta məktəbi Qusar rayonunun Aşağı Ləgər kəndində bitirib. Quba Dövlət Sosial-İqtisadi Kollecinin Vergi, vergitutma fakültəsini bitirib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin 2013-cü il məzunudur. Ədəbi yaradıcılıqla məşğuldur. 2013-cü ildə müharibə mövzusunda olan "Qaratoyuq nəğməsi" kitabı (roman) işıq üzü görüb. 2015-ci ildə "Şeiraltı" şeirlər toplusu nəşr olunub. 2018-ci ildə növbəti kitabı - "Su sərgisi" romanı çapdan çıxıb. RTV (ARB TV)-də aparıcı, PR menecer və digər vəzifələrdə işləyib. Ədəbiyyat sahəsində ən uğurlu telelayihələrdən olan "Yeni səhifə" ədəbi verilişinin müəllifi və aparıcısı olub. "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi və redaktor vəzifələrində çalışıb. Kulis.az mədəniyyət portalının redaktorudur. Evlidir, bir qızı var. Müəllifi olduğu "Rənglər" sosial çarxı "Azərbaycan ailəsi" film festivalının xüsusi mükafatına, "Almafobiya" booktraileri III Booktrailer festivalında III yerə layiq görülüb. "Su sərgisi" romanına görə 2019-cu ildə Ədəbiyyat üzrə "Uğur" mükafatına layiq görülüb. 2019-cu ildə esse və məqalələrinə görə "Əli bəy Hüseynzadə mükafatı" alıb. Sərdar Aminin 100-dən yuxarı esse və məqaləsi, eyni zamanda hekayələri müxtəlif internet resurslarında və qəzetlərdə yayımlanıb.
Unvan:
Yazar
Doğum:
Quba, Azərbayacan, 4 Ocak 1988

Okurlar

3 okur beğendi.
8 okur okudu.
2 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Çərpələngi qağayılar olan bir şəhərin uşaqlığı sözə sığmaz.
Göylərdən yerə bir quru ruhumuzu saxladıq, saxlandıq. Hardan niyə gəldiyimizi bilmədən bağlandıqmı bu çirkab bədənlərə? Bağlandıq..
Reklam
Bəlkə biz xəyalları da xatirə materialından qurduğumuz üçün gələcəkdən isdədiklərimizi özümüz formalaşdırırıq..
Onlara nə var? Yaxşı adamlardır. Yaxşı adamlar xoşbəxtdirlər. Çünki onlar üçün hamı xoşbəxt adamdır..
Xəzərlilərin Xəzər boyda qəbri vardı baş ucunda..
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
95 syf.
5/10 puan verdi
Ben şimdi ne okudum :D Öncelikle hikaye biraz karışık ama ben her hikayeye açığım. Eserin dilini sevmedim, yabancı dilden kötü çeviri gibi olmuş. Ve de sürekli cümlede sözler tekrarlanmış, yazara bu sözlerden dışarı çıkamazsın emri verilmiş gibi. Kitapta Tibetteki budist misali bir hayat hocası figürü var, bu konuyu daha iyi işleye bilirdi, inandırıcılığı çok az. Sonunu beğenmedim, karmaşık bir muamma olmuş. Tekrar okur muyum? - Ola bilir
Su Sərgisi
Su SərgisiSərdar Amin · Qanun Nəşriyyatı · 20184 okunma