Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Taci Şentürk

0.0/10
0 Kişi
1
Okunma
0
Beğeni
33
Görüntülenme

Taci Şentürk Sözleri ve Alıntıları

Taci Şentürk sözleri ve alıntılarını, Taci Şentürk kitap alıntılarını, Taci Şentürk en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İnsanı insan edən savad, vəzifə, mal-mülk deyil, məhz insanlıqdır.
Uşağı sevmək onun "dilini" bilmək, nə istədiyini başa düşmək, onu bir fərd olaraq qəbul etməyə və anlamağa çalışmaqdır.
Reklam
Hər uşağın öz dünyası var. Düşüncələri, zövqləri, meyilləri fərqlidir. Buna görə də valideynlərin apardığı müqayisələr onların təhsilinə və çalışmasına mənfi təsir göstərir.
"Uşaqlarına baxmırlar, övladlarını yay aylarında işləməyə göndərirlər" deyib avropalı və amerikalı ailələri qınayanların öz fikirlərini yenidən gözdən keçirməsi, saf-çürük eləməsi faydalı olardı.
Yer üzünə qonan milyardlarla qar dənəsi bir-birinə bənzəsə də, bir-biri ilə eyni deyil. Uşaqlar da belədir. Hər biri bir dünyadır.
"Bir il sonranı düşünürsənsə, toxum səp. Planın on il gələcəyə aiddirsə, ağac ək. Yüz il sonra haqqında fikirləşirsənsə, o zaman xalqa təhsil ver. Bir dəfə toxum səpsən, bir dəfə məhsul götürərsən. Bir kərə ağac əksən, on dəfə meyvə dərərsən. Xalqa təhsil versən, yüz dəfə bəhrə alarsan" söyləyən çinli Kuan Tsi də eyni həqiqəti - nəsil yetişdirmək gerçəyini vurğulamışlar!
Reklam
Kiçik yaşlarından bir dediyi iki edilməyən, əziyyət çəkmədən, tər tökmədən əldə etdiklərinə özünü layiq bilən və bu düşüncə ilə böyüyən uşağın məsuliyyətin, zəhmətkeşliyin nə olduğunu qavramasını gözləmək mümkündürmü?
Əsas məsələ uşaqlara və gənclərə vaxtı çatmamış alınan bahalı əşyaların, göz yumulan bir çox davranışların onların əxlaqına və cəmiyyətə ziyan vurmasıdır.