Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Tofiq Mahmud

Tofiq MahmudUzaqda Ucalan Dağlar yazarı
Yazar
6.3/10
12 Kişi
29
Okunma
0
Beğeni
771
Görüntülenme

Hakkında

Tofiq Mahmud 1931-ci il noyabrın 6-da Naxçıvan MSSR Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir (1949-1954). Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin mədəni-maarif müəssisələri idarəsində metodiki kabinetin metodisti kimi başlamış (1954), sonra "Azərbaycan müəllimi" qəzeti redaksiyasında xüsusi müxbir (1958-1961), "Göyərçin" jurnalı redaksiyasında ədəbi işçi olmuşdur (1961). İlk şeri "Kəsməsəm də, görməsəm də" 1953-cü ildə "İnqilab və mədəniyyət" jurnalında dərc olunmuşdur. 1976-cı ildən "Göyərçin" jurnalının redaktoru vəzifəsində işləmişdir. Bədii tərcümə ilə də məşğul olmuşdur. Onun tərcüməsində Xuta Berulavanın "Quş südü", İsabəy İshaqovun "Hər şeyi öyrənmək istəyən" kitabları işıq üzü görmüşdür. Əsərləri xarici ölkə xalqlarının dilinə tərcümə olunmuşdur. Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, həm də rəyasət heyətinin üzvü olmuşdur (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi uşaq və gənclər ədəbiyyatı şurasının sədri, keçmiş SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Tofiq Mahmud 1997-ci il aprelin 4-də Bakıda vəfat etmişdir. Şairin adına "Tofiq Mahmud mükafatı" (hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunur) təsis edilmişdir. Kinorejissor Hüseyn Mehdiyevin qardaşı, bəstəkar Azər Hacıəsgərlinin babasıdır.
Tam adı:
Tofiq Mahmud oğlu Mehdiyev
Unvan:
Azerbaycanlı Yazar, Çevirmen
Doğum:
Şahbuz rayonu, Naxçıvan MSSR, 6 Kasım 1931
Ölüm:
Bakı, 4 Nisan 1997

Okurlar

29 okur okudu.
4 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Molladan, axunddan, seyiddən zəndeyi-zəhləm gedir. Onları tanımıram, bir Allahı tanıyıram, oğul, Allahı! Haqq yer üzündə yoxdur, mən haqq-ədalət axtarıram, tapa bilmirəm. Məndən əvvəl yaşayanlar da tapmayıb. Məndən sonra gələnlər də tapmayacaqlar. Çünki yoxdur.
Bəhruz Kəngərli;
Bu kədərə elə öyrəşmişdi, yəqin ki, onsuz işləyə, fikirləşə, düşünə bilməzdi. Bu, adi, boş, mənasız deyildi, ətraf mühitdən, gördüyü dünyadan insanlardan, özünün həyatla təmasından soğan, göydən yerdən süzülən, qeybdən gələn bir kədər idi, təkcə varlığının dərinliyində qalmırdı, çox zaman zahirində - iri, dəyirmi, qarayanız sifətində də üzə şıxırdı.
Reklam
Eh, hər şey keçib gedir. Təkcə insanlıq qalır.
О, инсанлар һаггында дүшүнәндә әсәбиләшир, нијә һамысы јахшы, хејир- хаһ дејил, — дејә фикирләшдикҹә бүтүн инсанлары јүксәк, үлви мүгәддәс, тәмиз көрмәк истәјирди. Һејһат! Јахшы инсанлар да чохдур, доктор..
Sayfa 147Kitabı okudu
... бәли, севки олан јердә хошбәхтлик дә вар. Гаршылыглы, бөјүк, күчлү севки...
Sayfa 161Kitabı okudu
Qəlb Allahın hərəmidir
-Сизә јалварырам мән дөнә-дөнә, Һеч заман дәјмәјин инсан гәлбинә!
Sayfa 193Kitabı okudu
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
328 syf.
9/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Salam, 1K kitabsevərləri. Hələ ata evində ikən kitablara meylim vardı. Anam üçün öz əlləri ilə bəslədiyi çiçəkləri, hələ məktəb illərindən ona yadigar qalmış kitabları, bir də ana məhəbbəti ilə böyütdüyü övladları əvəzolunmaz, toxunulmaz nemət olub hər zaman. Atam anama bayramlarda hədiyyə olaraq bir dəstə gül alardı. O an gözlərindəki parıltını
Yerə Dağılan Muncuqlar
Yerə Dağılan MuncuqlarTofiq Mahmud · Bakı, Gənclik Nəşriyyatı · 19833 okunma
16 syf.
·
Puan vermedi
Dünya barışı için bütün politikacıları öl*ürün. Halklar birbirleriyle anlaşır zaten. Dünya barışı için bütün politikacıları öl*ürün. Halklar birbirleriyle anlaşır zaten. Dünya barışı için bütün politikacıları öl*ürün. Halklar birbirleriyle anlaşır zaten.
Şən Şerlər
Şən ŞerlərTofiq Mahmud · İşıq Nəşriyyatı · 19832 okunma