Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Celal Elizade

Celal Elizade
@1birkitabci
kitabçı
Azerbaijan State Oil Academy
Bakü
Azerbaijan, 11 Haziran 1992
133 okur puanı
Aralık 2019 tarihinde katıldı
Şu anda okuduğu kitap
71 syf.
·
Puan vermedi
·
2 saatte okudu
1-2 saat içində (sürətli oxuyanlar daha tez) bitirə biləcəyiniz kiçik bir kitabdır. Həcmi kiçik olsa da, oxuduqdan sonra əsasən valideynlərə bir neçə mövzuda düşünməyə vadar edir. -Sərt bir atasan? Onda oxu. -Həyat yoldaşını itirib yenidən evlənməyə hazırlaşan atasan? Onda oxu. -Zəngin bir valideynsən və erkən yaşlarında uşaqlarına aşırı sərbəstlik vermək istəyirsən? Onda oxu. Əsərdə qız övladını ətrafda baş verənlərdən qorumaq üçün ona atalıq deyil Allahlıq edən, həyatının hər saniyəsini öz əlləri ilə bir cədvələ salan atanın yanlış strategiyasının şahidi oluruq. Əslində sadəcə onunla dost olub, yanında hiss etdirsəydi hadisələr əsaslı şəkildə dəyişmiş olacaqdı. Bir valideynin övladını qucaqlaması, sevgisini göstərməsi adi bir hadisə kimi görünə bilər amma o çox taleyüklü bir məsələ imiş. Övladlarınızı sevgidən əskik böyütməyin. Sadəcə bir mövzuya toxundum, amma kitabı oxuyub orada fərqli mövzulara toxuna biləcəyiniz hadisələrlə qarşılaşacaqsınız. Baxmayaraq ki, kiçik həcmlidir amma əsər haqqında çox danışmaq olar. Ən yaxşısı kitabı götürüb oxumaqdır. Xoş mütaliələr.
Qasırğa
QasırğaTheodore Dreiser · Qanun Neşriyyat · 2018116 okunma