Səmərqə Əlizadə

Səmərqə Əlizadə
@1denizincisi
Müəllim
1999
24 okur puanı
Ocak 2023 tarihinde katıldı
Puan vermedi·1308 syf.··
2023 1. kitabı
Bu kitab bizlərə şeytanın yaxud şeytan deyə adlandırdığımız anlayışın nələrdən ibarət olduğunu izah edir.Əsərin ilk hissələrində hadisələr daha canlı,oxunaqlı davam edir,müəyyən hissəyə çatanda əvvəlki süjet məni o qədərdə açığı həyəcanlandırmadı,lakin sonlara yaxın insanın öz xəyalları,susqunluğu,reallığı qəbul etməməsi nəticəsində işlərin tamam dəyişməsi romanı mənə sevdirdi Həqiqətən həyat da belə deyilmi?,tək reallıqla yaşamaq olmadığı kimi,tək xəyallarla(xülyalarla)yaşamaq olmur.Hər ikisinin harmoniyasını tapa bilmək,ən azından cəhd etmək,öyrənmək lazımdır. Danışmaq lazım olduqda susduğumuz,susmağımız lazım olanda danışdığımız üçün,yaşanan hadisələr,reallıqlar qarşısında özümüzə cavab verə bilmədiyimiz,məsuliyyət götürə bilmədiyimiz üçün itiririk bəlkədə... Bəhanələri,aldanışları kənara qoyaraq insanın içində şeytan olmadığını,o şeytanın elə özümüz olduğunu qəbul etməliyik.İndiki halımızın səbəbkarı da,hadisələrin qəhrəmanı da şeytan yox,özümüzük... Oxuyacaq olan hər kəsə xoş mütaliələr
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2015208,7bin okunma
Jasmin Aliyeva isimli okura yanıt verildi
Səmərqə Əlizadə
Bəlkədə,iki obrazın zəifliyi idi onları bir arada tutan.Sonda da hər ikisi geri çekilir,bir-birlerinden xəbərsiz.Ömərin ilk başda sevgisini etiraf edən zaman dediyi sözlər mənə çox təsir etmişdi,amma davamı tamamilə boş,Macidə kimsəsiz qaldığı müddətdə onu liman kimi görsə belə Ömər bu limanı özü məhv etdi.Mən bir səbəbkar axtarsam,ilk Ömərdə görürəm yanlışlığı.Macidə isə Bedrini görən zaman nəsə yaşanmamış olsa belə,tanışlığın mahiyyətini,reallığını söyləməli idi.O ki qaldı Ömərin onları birlikdədi deyə şübhələnməsi,bunu etiraf etməsi,digər "yoldaşları" Macidəyə yaxınlaşan zaman Ömərin qəbullanışını görən zaman Macidə çıxıb getməli idi.İradəsizlik,gücsüzlük və zəiflik hər ikisinə hakim olmuşdu,amma onlar bütün bunları şeytan ilə əlaqələndirirdilər:)Şərhiniz üçün təşəkkür edirəm💫