Hallo guyss (Spoiler içərir)
Kitab Möhtəşəm üstü hətta gördüyüm və oxuduğum ən belə deyim - tüklərimi biz biz edən bir əsər oldu.
Mən buna Qadın gücü deyirəm...
Kitabda məşhur Somali əsilli fotomodel V.Dirie Afrika səhralarından şöhrətin zirvəsinə uzanan həyat yolundan bəhs edir. Varis səhrada köçəri həyat yaşayan çoxuşaqlı bir ailədə dünyaya gəlir. Kiçik qız ilk zərbəni daha 3-4 yaşlarında zorlandığı zaman alır. Qabaqda isə onu daha böyük bir sınaq gözləyirdi - sünnət. 7 yaşlı qızın cinsi orqanların kəsilib tikilməsi və bunların baş verdiyi şərait insanı dəhşətə gətirir. Daha uzun illər qənc qız bu vəhşiliyin əziyyətini çəkir. Elə kitabın yazılmasının əsas səbəbi də dünyanın diqqətini Afrikada hələ də var olan bu adətə çəkmək və onunla mebarizə aparmaq idi. 13 yaşımda təsadüfən atasının onu 60 yaşlı kişiyə verməyə hazırlaşdığını eşidən Diriye evdən qaçır, paytaxt Moqadişoya tək başına gedib çıxır. Çətinliklərlə keçən bir neçə ildən sonra həyat onu Londana gətirib çıxarır...
Xoş mütaliələr ♡
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,6bin okunma
Kimsə məni sevəcək.
Kiminləsə vaxt keçirəcəyəm.
Amma kinoya getsəm...
O öpüşmək istəyəcək.
Sonra mənimlə yatmaq istəyəcək.
Əgər razılaşsam...
O,başqa qızlar kimi olmadığımı biləcək.
Axı mən şikəstəm...
Yox,əgər razılaşmasam...
Onun acığı tutacaq və biz dalaşacağıq.
Getmə.
Buna görə ürək ağrıtmağa dəymir.
"YOX" DE!
O, sünnət olunduğumu bilsəydi,imtina etməyimin onunla heç bir əlaqəsi olmadığını başa düşərdi.