Əsərin kompozisiyası tipi etibarı ilə retroskopiya xarakterlidir .Eyni hadisələr zaman -zaman təkrar olunduqca onların dərinlik ölçüləri də dəyişir .
Romanda hər hansı pasajda qoyulan məsələ ,deyilən, irad edilən fikir -ideya növbəti pasajlarda ya təkrar edilir ,təkminləşdirilir ,ya da sadəcə paralellik yaradılır .Yəni dövrlər , insanlar ,şəxsiyyətlər və olaylar arasında zahirən heç bir nüfuz edilmədən təqdim edilən paralellik romanın əsas aparıcı xəttidir .Mahmud 45 illik ömründə ,ağlı kəsən gündən dəfələrlə sınamışdı ki ,həmişə bir əhvalat baş verəndə ,daha doğrusu ,qan qaraldan ,könül bulandıran hadisələrlə rastlaşanda , çox vaxt bu əhvalatlar ,hadisələr sonda arxayınçılıqla qutarırdı .Yəni ,bu arxayınçılıq həmişə şadlıq ,ürək xoşluğu demək deyildi .Arxayınçılıq onun zənnincə ,nəyinsə sonu idi ,nəyinsə hüdudu idi .
Daha sonra ,Mahmud bilirdi ki ,Allahın bəndələrinə göndərdiyi azar -bezarın da hüdudu var ,ilan -qurbağa xətti ilə yazılmış uzun ,sicilləmə bir cümlənin axırında nöqtə qoyulduğu kimi ,bu azar -bezar da ,dünyanın bir çox əhvalatları da nöqtə ilə qutarır .Ya o yanlıq ,ya bu yanlıq .Amma hər şey Mahmudun düşündüyü məntiq ilə baş vermir ...