Onlar öz yazılmamış qanunlarını mənə aid etməyə çalışanda əslində mənim kimliyimi oğurlamaq istəyirlər. Etmək istədikləri odur ki, "sən düşünmə, biz sənin əvəzindən düşünmüşük" və düşündükləri şeylərin mənim ruhuma zərrəcə aidiyyatı yoxdur. Mən onların biçdiyi Don üçün çox böyük və onların düşüncəsinə sığmayacaq qədər başqa donun sığınacağındayam. Onlar qaydaları yazmırlar, amma əməl etməy məcbur hiss edirlər.Onlar kölə olmağa o qədər öyrəşiblər ki, ruhları belə başqa yerə getməkdən ürküb oturub.Düşünmürlər, çünki düşünməyə başladıqları an yaşamağa başlayacaqlar və onlar yaşamaqdan qorxurlar.Onlar üçün yaşamaq məndəki ilə eyni deyil.Mən şüurlu yırtıcıyam, onlar sadəcə yırtıcı.Onların içlərində tək qalmaq və başqa seçiminin olmaması yorucu və bəzən bezdiricidir.
O zaman rənglərimi çoxaldıram.Onlar kimi olmamağı onlara borcluyam.Düşünməsəydim onlar kimi olacaqdım.İndi onların hər şeyləri var özlərindən başqa, mənim isə özüm varam və hər şey mənim özümdədir.