Xəyalə

Xəyalə
@570kh

Xəyalə

, bir kitap okudu
Puan vermedi·101 syf.·
2022 13. kitabı
Tamerlan İsmayılzadə
5.4/10 · 47 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
İnsanın tamamilə hər şeyi dərk etməsi çox pis xəstəlikdir. Gördüm ki,heç nəyi dəyişə bilmirəm, mən də mövzunu dəyişdim . Bu günün bitməsi nə qədər yaxşı ola bilər ki? Sabah səhər hər şey yenidən başlayacaqsa..
Neçə yaşında olursan ol, anidən qocaldığın gecələr olur.Həmin gecələr sən həyatının sonuna gəlib çıxırsan.Yaşanan hər şey bitibmiş kimi geriyə boylanıb baxırsan ötüb keçənlərə.O gün böyük bir ömür yaşamısan kimi gəlir. Qədrini bilməyən adamlar üçün bilmirsən darıxırsan yoxsa onlara yazığın gəlir. Arxasınca qaçdığın adamlara ikrahla baxırsan. Kimin xətrinə?Nəyin xətrinə deyə sual verirsən özünə. Güzgüyə baxsan ağlayacaqsan. Ona görə də gizlənirsən qaranlığın dibində. O gün son deyil.Səhər açılacaq.Yenə hər şey öz yoluyla davam edəcək.Yenə özündən uzaqlaşıb yaşamağa davam edəcəksən. Bir gün o gecə baxmağa qorxduğun aynaya diqqətlə baxanda bir ağ tük tapacaqsan saçlarının arasında. Bəlkə də ikisini. Bəlkə də üçünü. Say. Diqqətlə say. Gör neçə gecə qocalmısan hələ...
Bəzi sözlər heç vaxt tutulmayacaq. Bəzi insanlar heç vaxt qayıtmayacaq. Bəzi xəyallar heç vaxt reallaşmayacaq. Bəzi xatirələr heç vaxt unudulmayacaq.
✨Ən Yaxşı Həkim✨ 1-Su 2-Sevgi 3-Gülüş 4-Musiqi 5-Təmiz hava 6-Sağlam qida