Hər birimizin içində mürgüləyən enerjini oyatmağın qaydalarını açıb deyirdi.
-Düzünü de görüm,plastik əməliyyat etdirmisənmi?
O gülümsədi:
-Yox...Plastik əməliyyat edən cərrahlar insanın xaricini dəyişir,mənsə daxildən sağalmağa ehtiyac duyurdum.
Həm də onu dərk etmişəm ki,əgər daxilində uğur qazanmırsansa üzdə qazandığın uğurun heç bir dəyəri yoxdur.Firavan yaşamaqla varlı olmaq ayrı-ayrı məfhumdur.İndi isə bu nəticəyə gəlmişəm ki,hər bir kəs ağlına,bədəninə,qəlbinə nəzarəti saxlamaqla ən yüksək məqsədinə,xəyallarına qovuşa bilər.Əgər bir adam öz qayğısına qala bilmirsə,başqalarının qayğısına necə qala bilər?Əgər bir adam özü yaxşı deyilsə,başqalarını necə yaxşı edə bilər?Əgər mən özümü sevmirəmsə.səni də sevə bilmərəm!
Sanki qəlbimin dərinliyində bir kompas vardı,bu kompas məni gedəcəyim yerə tərəf dümsükləyirdi.Bəlkə də zirvəyə doğru dırmaşmağı dayandırmaq istəsəydim də dayana bilməzdim.
Son nəticədə başa düşdüm ki, həyat yalnız seçim deməkdir.Hər kəsin taleyi onun etdiyi seçimlərə görə bir-bir açılır,bu dəfə etdiyim seçimim səhv olmadığına əmin oldum.Həyatımın bir daha əvvəlki kimi olmayacağına,daha gözəl,hətta deyərdim ki,daha möcüzəli olacağına inandım.