Bu qüssə nəhəngdir, sərhəd tanımır. Əgər İonanın snacse yarılıb qüssəsi çölə çıxsa, yəqin ki, bütün dünyanı zəbt edər. Lakin buna baxmayaraq, o görünmür.
Məgər bizim şəhərin boğanağında, darısqallığında yaşamağımız, lazımsız şeylər yazmağımız, qumar oynamağımız qılaf deyilmi? Məgər bütün həyatımızı avara, hərzə adamlar, sarsaq, yelbeyin qadınlar arasında keçirməyimiz, cürbəcür cəfəngiyyat danışmağımız və dinləməyimiz qılaf deyilmi?
Aylıq bir gecə də daxmaları, tayaları, yatmış söyüd ağacları olan geniş kənd küçəsində gördükdə adamın ruhu sakitləşir; pusşəsizlikdə küçə zəhmət, qayğı və dərddən geçənin kölgəliyində gizlənərək olduqca həlim, məhzun və gözəl görünür, sanki ulduzlar da ana nəvaziş və riqqətlə baxır, adame ilə gəlir ki, artıq dünyada heç bir pis iş yoxdur və hər şey qaydasındadır.