Bu cür həyatdan, yəqin, cana doymuşdu, özünə bir sığınacaq axtarırdı, üstəlik, yaş da öz sözünü deyirdi; belə vəziyyətdə adaxlı seçməyə vaxt yoxdur, kimə gəldi getməlisən.
Təbiətcə tənhalığı sevən, xərçəng və ya ibliz kimi öz qanına çəkilən insanlar bu dünyada az deyil. Kim bilir, bəlkə, bu atavizmin təzahürüdür, insan ulu babasının hələ ictimai heyvan olmamışdan qabaq təkbaşına mağarada yaşadığı dövrə qayıdır, yoxsa bu, sadəcə insan xarakteridir?