Heç ağlıma gəlməzdi ki, psixi xəstəlik adama bu qədər güc, qüdrət verə bilər. İşə bir bax. İnsan nə qədər dəli olsa, o qədər böyük hakimiyyət əldə eləyə bilər. Götürək elə Hitleri.
Atam deyərdi ki, adam biraz iradəsizlik göstərsə, başqaları onun boyuna öz istədikləri işi qoyarlar. Gərək gözüaçıq olasan, inadkarlıq göstərəsən, başqalarının dediyinin əksinə gedəsən.