Hisslərlə şübhələr arasında gizlədilmiş həqiqətlər...
Hər anı maraqlı, hər anı suallarla dolu ailə həyatı. Bir ailə dramı bu qədər gözəl təsvir edilə bilməzdi...
Bu kitab Wulf Dorn-nun qələmə aldığı digər kitablarına nəzərən fərqli tərzdə yazılmış olsa da çox maraqlı kitabdır. Ssenarisi çox axıcı və hər dəqiqəsi həyəcən dolu oldu mənim üçün. Bundan əlavə insanlar arasında olan münasibətlərə də toxunulan bu kitab, real hadisələrə əsaslanıb, bu cür oxşar şeylər yaşamış insanların fikirlərini ortalığa qoymuşdur.
İlk dəfə idi ki, bir kitabı oxuyub bitirdikdən sonra davamının olmağını, daha sonra hansı hadisələrin baş verəcəyini bilmək hissi yarandı məndə. Məncə bu kitab əsasında çox gözəl film də ərsəyə gələr