Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Alixan Qarayev

193 syf.
7/10 puan verdi
·
5 günde okudu
Dəyişiklik olsun deyə, xeyli vaxtdır ki, elmi-fantastik bir əsər oxumaq istəyirdim. İçimdə belə əsərlərə maraq o qədər artmışdı ki, tapdığım ilk elmi-fantastik əsəri heç bir araşdırma etmədən oxumağa başladım. Təxmin etdiyiniz kimi sözügedən əsər Robert Haynlaynın "Kainatın ögeyləri" əsəri idi. Əsər qısa olduğuna görə, üfüq açan,
Uzayda Kaybolanlar
Uzayda KaybolanlarRobert A. Heinlein · K Yayınları · 197477 okunma
Reklam
68 syf.
9/10 puan verdi
·
9 günde okudu
6 nömrəli palatadakı dəli filosoflar.
6 nömrəli palata əsəri bir çox yerdə qarşıma çıxmış, ətrafımdakılar tərəfindən bir xeyli təriflənmiş və məsləhət görülmüşdü. Buna baxmayaraq həmişə bu əsəri oxumaq üçün doğru zamanı gözləyirdim. Əsərdən gözləntilərim çox böyük idi. Adını eşidən kimi də psixoloji bir əsər olduğunu başa düşmüşdüm. Lakin o vaxtlar bu əsərin yazıçısı ilə bağlı çox da
Altıncı Koğuş
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202270,3bin okunma
68 syf.
9/10 puan verdi
·
12 saatte okudu
Şahmat əsərindən sonra oxuduğum ikinci Stefan Svayq romanı idi. Çox qısa həcimə malik olmasına baxmayaraq, böyük təsiredici qüvvəyə sahib idi. Adıçəkilən roman qadın psixologiyası haqqında yazılmış ən yaxşı romanlardan biri kimi sayılır. Ümumiyyətlə, qadın hisslərini və duyğularını Svayq kimi ifadə edən ikinci bir yazar, yəqin ki, çətin tapılar. Elə buna görədir ki, Svayq haqqında belə bir deyim də mövcuddur; 100 qadını bir otağa yığsan və onlara öz hisslərini yazmaqlarını istəsən, qadın psixologiyasını Svayq kimi təsvir edən biri ilə rastlaşa bilmərsiniz. Əsər 41 yaşı olan bir cənaba ad günü vaxtı bilinməyən bir qadından məktub gəlməsi ilə başlayır. Daha sonra isə oxucular həmin məktubla tanış olurlar. Məktubu göndərən qadın bütün ömrünü 30-40 səhifədən ibarət sətirlərə sıxışdırır. Daha çox spoyler vermək istəmirəm. Mini-klassika olduğuna görə də, qısa zamanda oxuyub bitirə biləcəyimiz bir əsərdir. Gözəl mütaliələr....
Bilinmeyen Bir Kadının Mektubu
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022225,8bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
656 syf.
10/10 puan verdi
·
23 günde okudu
Səfillər romanı ilə eyni cərgəyə qoyulmağa layiq olan Paris Notr-Dam kilsəsi əsəri Viktor Hüqo tərəfindən gənc yaşlarında yazılmış, Hüqonu həmkarları arasında xeyli tanıtmış və bununla da, diqqətləri müəllifin yaradıcılığında cəlb etdirməyi bacarmışdı. Şübhəsiz ki, bu əsər müəllifin bir xeyli püxtələşməsinə şərait yaratmışdır. Bir çoxlarına görə,
Notre-Dame'ın Kamburu
Notre-Dame'ın KamburuVictor Hugo · Can Yayınları · 201833bin okunma
288 syf.
8/10 puan verdi
·
5 günde okudu
Kapitalizmin reklam dünyasına səyahət
Gündəlik həyatımızda, demək olar ki, hər yerdə - televizorda, telefonda, küçədə, divarda rast gəldiyimiz reklamların insan həyatına olan təsirinin nə qədər böyük olduğunu bizə göstərən "99 frank" əsəri Frederik Beqdeberin öz şəxsi təəssüratlarına əsaslanaraq yazılmışdır. Belə ki, Frederik Beqdeber bu romanı yazan müddətdə reklam
9.900
9.900Frederic Beigbeder · Doğan Kitap · 200178 okunma
Reklam
163 syf.
9/10 puan verdi
·
15 günde okudu
Populyar kulturada adı tez-tez hallandığına görə, mainstream eşq hekayələrindən biri olacağını zənn etmişdim. Lakin əsəri oxuduqca nə qədər yanıldığımın fərqinə vardım. Səbahəddin Əlinin yazı üslubu, həqiqətən də, təqdirə layiq idi. Raif əfəndinin daxili dünyasına səyahət etdiyimiz bu hekayədə onun necə həyata küsdüyünə və bunun nəticəsində
Kürk Mantolu Madonna
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2021316,1bin okunma
376 syf.
7/10 puan verdi
·
15 günde okudu
Əsərə başlayarkən gözləntim yüksək idi. Bəyəndiyim fəsillər, altından xətt çəkdiyim sətrlər olsa da, ümumi olaraq gözləntilərimi yaxşı qarşılamadı. Gərəksiz, lazımsız detallar və məlumatlarla çox yüklənib kitab. Elə buna görə də, müəllifin ən geniş həcmli kitabına çevrilib. Kitabda ən çox müzakirə olunan mövzulardan biri də sənətkar-dinləyici mövzusudur. Düzü, fərqli bir fikirə rast gəlmədim, lakin bu mövzunu bizim cəmiyyətimizin perspektivindən baxmaq fərqli hisslər yaşadırdı. Eyden obrazı ilə Qaraqan, öz yaradıcılığını və yaradıcılığına olan güclü marağı təsvir edərkən Azərbaycan cəmiyyətinə musiqi və yaradıcılıq cəhətdən nəyin lazım olduğunu, insanların sənətkardan əslində nə istədiklərini öz təcrübələrinə əsaslanaraq izah etmişdir. Bəyənmədiyim cəhət ondan ibarətdir ki, kitabda pornoqrafik hadisələrin təsvirinə çox yer verilib. Adam ən incə detalına qədər cinsi əlaqəni təsvir edirdi. Həmin hadisələr və lazımsız detallar əsərdən çıxarılsaydı, 150-200 səhifəlik severək oxuyacağım bir roman olaraq qalardı. Çoxları əsərin sonunu yarımçıq hesab edir, amma, məncə, elə deyil. Qurtarması lazım olan yerdə bitdi. Onsuz kitab həmin məqama qədər ötürmək istədiyi ideyaları oxucuya ötürmüşdü. Biraz da uzun olsaydı, yenə lazımsız detallarla daha da həcmlənəcəkdi
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019661 okunma
464 syf.
9/10 puan verdi
·
10 günde okudu
Mənə görə olduqca maraqlı roman idi. Karantin olduğuna görə, əsərə kifayət qədər zamanımı və enerjimi sərf edə bildim. Zira, əminəm ki, əgər universitetlər açıq olsaydı, romana lazımi diqqəti verə bilməz, bitirməkdə çətinlik çəkib yarıda buraxardım. Analizdən daha çox romanı oxumaq istəyənlərə tövsiyələr verəcəyim bir yazı olacaq. Bacardığım
Yüzyıllık Yalnızlık
Yüzyıllık YalnızlıkGabriel Garcia Marquez · Can Yayınları · 202036,5bin okunma
240 syf.
9/10 puan verdi
·
4 günde okudu
Struqatski qardaşları tərəfindən 1963-cü ildə qələmə alınan elmi-fantastik roman. Struqatski qardaşları digər əsərlərində olduğu kimi sözügedən əsərdə də fəlsəfi fikirlərə geniş yer vermişlər. Tanrının və insanın bir-biriləri arasındakı vəzifələri romanın əsas motivini təşkil edir. Əsərin mövzusu Arkanar adlı planetin ərazisində cərəyan edir.
Tanrı Olmak Zor İş
Tanrı Olmak Zor İşArkadi Strugatski · İthaki Yayınları · 20181,328 okunma