Yazıçının qələmindən oxuduğum ilk kitab oldu.
Kitabı özətləyəcək elə də böyük bir mövzu yoxdur. Kitab başdan ayağa yazıçıların aforizmləri ilə doludur. Alıntılarla bol olan bu kitab ümidsiz və təsəlliyə ehtiyacı olan biri üçün əla kitab ola bilər. Amma açığı mənim üçün vaxt itkisi oldu:) oxumasaz belə çox şey itirmiş sayılmazsınız.
Uşaqlıqdan bəri eşitdiyimiz bəzi ibrətamiz hekayələri də əlavə etməyi unutmayıb yazıçı) kitabı oxuduğum zaman özümü virtual olaraq sosial şəbəkələrdə hiss etdim) sanki ordaki bütün sözləri, cümlələri bu kitaba tökmüşcəsinə kitabı yazıb.
Kitabın süjet xətti yox vəziyyətindədir. Xəyal edəcəyin, dərin düşüncələrə dalacağın hadisələr baş vermir. Kitabı sosial şəbəkələrdə çox reklam olunduğunu və 1K da oxuyucu kütləsinin çox olduğunu gördüm və mən də oxumaq qərarına gəldim. Amma dəyməzmiş)
Yazdıqlarım mənim şəxsi fikrimdir. Oxuculara təsir etməsin). Bir kitabı təriflədiyim kimi tənqid də edə bilərəm məncə ;)
Bu qədər