Aydan

Aydan
@Allahverdiyeva
Azerbaijan State Pedagogical University
Azərbaycan
Azərbaycan, 4 November 2004
138 reader point
Joined on September 2020
YAMAN DARIXMIŞAM Yaman darıxmışam səninçin, yaman!  Mən əsir düşmüşəm öz istəyimə.  Nifrəti gizlətmək asandan asan,  Sevgini gizlətmək mahalmış, demə! Haraylar yüksəlir könüldən yenə,  Bu necə haraydı, bu necə haydı?  Öhdəmdən gələrdim… Gözüm üzünə,  Qulağım səsinə darıxmasaydı… Elə bil hər yerdən üzülüb əlim…  Mən azıb qalmışam qəm dərəsində.  Dirilib yaşanır sənli günlərim  Sənsiz günlərimin xatirəsində. Yaman darıxmışam… Bu nədir yenə  Ağlım sağa baxır, ürəyim sola. Ürəyim dönübdür göy göyərçinə  Qonub sən gedəli sən gələn yola.
Bahtiyar Vahabzade
Bahtiyar Vahabzade
Reklam
AXI DÜNYA FIRLANIR Vaxtın dəyirmanında daş əridi, qum oldu,  Tarixə atdığıımız qayıtdı, lüzum oldu.  Dünənin həqiqəti bu gün tərs yozum oldu,  Niyə də yozulmasın, axı, dünya fırlanır. Çox ovlaqlar içində çox ovları ovladım,  Aşıb-daşan arzumu mən artıq cilovladım.  Mən atamı ötmüşəm, məni ötür övladım,  Bu, belə də olmalı, axı, dünya fırlanır. Dünən düz sandığımı bu gün əyri sanıram.  Bəzən olur, özümdən özüm oğurlanıram.  Hər il başqa arzunun başına fırlanıram,  Niyə də fırlanmayım, axı, dünya fırlanır…
Bahtiyar Vahabzade
Bahtiyar Vahabzade
Çox qəribədir, sevdiyimiz insanın hər yalanında bir doğru axtararkən, sevmədiyimiz insanın hər doğrusunda bir yalan axtarırıq.
Fyodor Dostoyevski
Fyodor Dostoyevski

Reader Follow Recommendations

See All
Nəyinə bağlandım ki bu qədər; Mənə baxmayan gözlərinəmi, yoxsa mənim olmayan ürəyinəmi?
Özdemir Asaf
Özdemir Asaf
Uilyam Şekspir
Yağışı sevdiyini söyləyirsən, amma yağış yağınca çətiri açırsan, günəşi sevdiyini söyləyirsən, amma günəş çıxınca kölgəyə qaçırsan, küləyi sevdiyini söyləyirsən külək başlayanda pəncərəni örtürsən. Bax bundan qorxuram, çünki məni də sevdiyini söyləyirsən.
Reklam
242 öğeden 226 ile 240 arasındakiler gösteriliyor.