Səhifeyi Səcdə

Səhifeyi Səcdə
@Ashdvfa
İslam / Mənəviyyat / Ədəbiyyat / Əbədiyyət Gerçəkləri oxumağı sevirəm. Həyat və insanın bağlılığı , bəşəriyyətin real sifətləri və yaradılış sisteminin nizamı
Ortopedik Stomatologiya
2NBBTK
1 okur puanı
Ağustos 2025 tarihinde katıldı
Şu anda okuduğu kitap

Səhifeyi Səcdə

, bir kitabı okumaya başladı
Ali Şeriati
8.8/10 · 1.434 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Savab
Masada oturmuş gənc, əməllərimin çoxunun silindiyini görəndə maraqlı bir məqama diqqətimi çəkdi və dedi: “Mən bəzi ağıllı insanlar görmüşəm ki, işlərini yalnız Allah rizası üçün görürlər. Amma sonra etdikləri yaxşı əməllərin savabını On dörd Məsumdan birinə (ə) hədiyyə edirlər. İnsanlar həyatda günah və səhvlərə görə bu yaxşı əməllərin savabını itirə bilərlər. Nəticədə, bura – bərzəx aləminə – əliboş gəlirlər. Məsumların bu savablara ehtiyacı yoxdur, buna görə də həmin xeyir əməlləri yenidən həmin insana geri qaytarırlar. Buna görə sizə tövsiyə edirəm ki, hər işi ixlasla görün, bütün yaxşı əməllərinizin savabını Məsumlara,Allah yanında məqam sahibi olan insanlara hədiyyə edin.” Bu söz məni çox təsirləndirdi. 📚 Qiyamətdə 3 dəqiqə
1000Kitap
İmama canını fəda etmək
Şəban ayının əvvəllərində Mədinəyə yola düşdük. Bir gün səhər Bəqi qəbiristanlığında ziyarətlə məşğul idim. Birdən gördüm ki, bir vəhabi məmuru Bəqi qəbirstanlığından şəkil çəkmək istəyən bir uşağın kamerasını əlindən alıb. Tez irəli getdim, kameranı onun əlindən alıb uşağa qaytardım. Sonra qəbiristanlığın sonuna tərəf getdim. Mən Ziyərat-i Aşura oxuya-oxuya Osman ibn Əffanın qəbrinin qarşısına çatdım. Həmin vəhabi məmur arxamca gəlirdi və mənə tərs-tərs baxırdı. Birdən yanıma gəldi, əlimdən tutdu və fars dilində uca səslə dedi: “Nə dedin?! Lənət oxuyursan?!” Dedim: “Xeyr, burax əlimi!” Amma o qışqırmağa davam etdi və səs-küy salaraq digər məmurları da ətrafına topladı. Elə bu anda birdən mənə baxdı və Həzrət Əli (ə) haqqında pis bir söz dedi. Artıq səssiz qalmağı münasib bilmədim. Bir an belə düşünmədən onun üzünə bərk bir sillə vurdum. Dərhal dörd məmur üstümə hücum çəkdi və məni döyməyə başladılar. Onlardan biri çiynimə bərk bir zərbə endirdi ki, ağrısı aylarla məni incitdi. Bir neçə zəvvar irəli gələrək məni onların əlindən aldılar və tez ordan uzaqlaşdım. Amma əməllərin hesablandığı anlarda Bəqi qəbiristanlığındakı bu hadisəni mənə göstərdilər və dedilər: “Sən ixlasla və yalnız Mövla Əli (ə)-yə olan sevginə görə o məmurla əlbəyaxa oldun və çiynin zərər gördü. Buna görə sənə Mövla Əlinin(ə) uğrunda canını fəda etməyin savabı yazıldı!” Qiyamətdə 3 dəqiqə / səh.40 Qeyd: Bu hadisə Səudiyyə Ərəbistanı məmurları ilə qarşıdurma üçün əsas olaraq istifadə edilməməlidir.
1000Kitap
Naməhrəm
Masa arxasında olan gənc, mənim şəhidliyə olan marağımı gördükdə çox təəccüblü bir söz dedi: "Əgər şəhid olmaq istəyirsinizsə və sizin adınıza şəhidlik yazılarsa, hər haram baxışınız sizin şəhidliyinizi altı ay geri salacaq." 📚Qiyamətdə 3 dəqiqə / səh 37
Alıntı
Beytul Mal
Allah o kəslərin köməyi olsun ki, beytül-malı öz şəxsi mülkü hesab ediblər! Elə həmin vaxt iş yoldaşımı gördüm. O, bizim dostlar arasında ixlaslı və imanlı bir şəxs idi. O, komandirindən müəyyən bir məbləğ pul almışdı ki, bölmələri üçün bəzi əşyalar alsın. Lakin bu pulu idarənin şkafına qoymaq əvəzinə, cibində saxlamışdı. Ertəsi gün isə yol qəzasında dünyasını dəyişdi. İndi o aləmdə məni görəndə yanıma gəldi və dedi: "Ailəm zənn etdi ki, bu pul mənim şəxsi pulumdur və onu xərclədilər. Allah xatirinə get, onlara de ki, bu pulu aidiyyəti şəxsə təhvil versinlər. Mən burada çox pis vəziyyətdəyəm. Allah xatirinə mənə kömək et." O zaman daha yaxşı başa düşdüm ki, niyə bəzi böyük şəxslər beytul-mala bağlı bu qədər həssas olmuşlar. Düz deyirlər ki, ölüm xəbərsiz gəlir. Sonradan mən onun mesajını ailəsinə çatdırdım, amma necə gördüyümü deyə bilmədim. Həmd olsun Allaha ki, onun problemi həll olundu. 📚 Səhifə 30
1000Kitap