Ayan

Həyat ancaq bir dəfə oynanılan qumardır. Mən onu uduzmuşam İkinci dəfə oynaya bilmərəm..
Reklam
İnsanlar bir-birinin maddi yardımına, puluna yox, sevgisinə və ünsiyyətinə möhtacdır.
İtirilmiş çox qiymətli bir əşyanın və ya sərvətin, dünyanın hər cür səadətinin acısı zaman keçdikcə yox olur, unudulurdu. Lakin istifadə edilməyib əldən qaçırılmış imkanları adam heç vaxt unutmur, onları zehnindən heç də çıxarmır. Hər dəfə onları xatırlayanda adamın ürəyi sızıldayır.

Okur Takip Önerileri

Tümünü Gör
Ürəyində həqiqətən sevmək qabiliyyəti olan şəxs, heç zaman bu sevgini bütünlüklə bir adama münasibətdə cəmləşdirməz və başqasından da bunu gözləyə bilməz. Başqalarını nə qədər çox sevsək, ürəkdən sevdiyimiz yeganə adamı da o qədər çox, o qədər böyük bir qüvvətlə sevərik. Eşq müxtəlif hisslərə parçalanıb dağılmaqla tükənmir
Mənim fikrimcə, eşq təcrid edilmiş mücərrəd bir məfhum deyildi. İnsanların qarşılıqlı münasibətlərində özünü büruzə verən sevgi, hüsnrəğbət hissi bir növ eşqdi. Təkcə fərq ondan ibarətdi ki, bunlar müəyyən hallarda şəklini, adını dəyişir. Qadınla kişi arasındakı sevgiyə, öz həqiqi adını verməmək bir növ özümüzü aldatmaqdan başqa bir şey deyildir.
Reklam
Reklam
Reklam