Uğur Gökbulut ən çox sevdiyim yazarlardan biridir demək olarki.Əsərə gələndə isə möhtəşəmm bir əsərdir.Nəfəs almadan oxuduğum əsərlərdən biri oldu.Oxuyarkən duyğulanmadım desəm yalan olar.Çünki olduqca duyğusal mövzulara toxunulub.Dərin ,bir o qədər də həssas mövzular.. Əsərədəki hər bir detal çox aydın,axıcı formada verilib.Vəə ən əsas məsələ- mövzu.5 fərqli qadının fərqli həyat hekayələrindən bəhs edən bu əsərdə bir daha həyatın nə qədər keşməkeşli olduğu göstərilib.Və bu çətin yolda insana yalnız özü qalır sonda.Sevdiyim dediyi ,etməz ,qıymaz dedikləri kim varsa yanıltmış olur ..Çoxx təəssüf.) Kitabın sonunda belə bir cümlə vardı çox sevdim:'Yokluğunun fark edilmediği,varlığına değer verilmediği,başkalarının senden daha çok önemsendiği ,yüzünün gülmediği yerleri ve insanları sakın sahiplenme'..