Aynişan Abbasova

Aynişan Abbasova
@Aynishan_Abbasova
• Savaşma, çiçək topla• (N.D.Walsch)
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
ADPU
Azərbaycan, 8 Kasım 2002
110 okur puanı
Kasım 2022 tarihinde katıldı
80 syf.
·
Puan vermedi
·
Beğendi
·
15 saatte okudu
Çox adamın həyatında elə müəllim olur ki, bir cümləsiylə belə dünyanı gözəlləşdirər, yolunu tapmağa kömək edər. Heç vaxt unutmazsan o müəllimi, hər dəfə yeni bir yola ayaq basanda onun sözləri səni ilhamlandırar. Bax Duşyən o müəllimlərdəndir. Oxuya-oxuya fikirləşirdim ki, kaş Sovet təsiri olmasaydı əsərdə, daha çox ürəyə yatan olardı onda. Amma buna baxmayaraq müəllimliyin şərəfini, çətinliyini və gözəlliyini görə bildim kitabda. Altınayın həyatını dəyişən Duşyən məktəbi, gələcəkdə hər çətinliyimdə mənə də ümid verəcəyinə inanıram
İlk Öğretmenim
İlk ÖğretmenimCengiz Aytmatov · Nora Kitap · 20187,4bin okunma
Reklam
70 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Hər hekayəsini ayrıca bir maraqla oxuduğum yazarın daha bir möhtəşəm əsəri. İnsan psixologiyasının dərinliklərindən gələn hisslərin onun hərəkətlərindəki əksi... dünyaya baxışını dəyişə bilmək gücü... hər şey nəcə də mükəmməl təsvir olunmuşdu. Və heç gözləmədiyim o sonluq... Oxuyarkən həqiqətən də nə isə qazandığımın, düşüncələrimdə nələrinsə dəyişməli olduğunun fərqində oldum. Ən çox sevdiklərim sırasında yer alan bir kitab oldu:)
Korku
KorkuStefan Zweig · Türkiye İş Bankası Yayınları · 2022103,9bin okunma
272 syf.
8/10 puan verdi
·
Beğendi
·
22 saatte okudu
"Seviyorum seni ...Yaşıyoruz çok şükür der gibi". N.Hikmet
Sonunu əvvəldən bildiyim halda axır səhifəsinə qədər acı bir ümidlə oxuduğum kitab oldu. Hadisələr, fikirlər, arzular o qədər tanış gəldi ki, yuxularıma belə yol tapa bildi. Obrazlar o qədər doğma idi ki, bitirdikdən sonra sevdiyim bir yerdən, çox sevdiyim insanlardan ayrılmışam kimi bir boşluq hiss etdim içimdə. Kitab haqqında bəzi mənfi rəylər oxumağıma baxayaraq çox sevdim və kiməsə oxumağa tövsiyə edə bilməyəcək qədər doğma hiss etdim özümə Gülşahla Şahinin sevgisini. Kaş dedim içimdən , bütün sevgilər belə güvənlə yoğrulsa, doya-doya yaşansa, ancaq heç vaxt sonu olmasa...Kaş sevənlər qovuşsa, bu dünyanı cənnətdəymiş kimi yaşaya biləcəkləri halda, cəhənnəm olmasa həyatlar insanlara.
Bir Kürt Sevdim
Bir Kürt SevdimDilek Bilgiç Esen · Müptela · 20224,882 okunma

Okur Takip Önerileri

Tümünü Gör
660 syf.
10/10 puan verdi
Kişi ağlamaz, əsgər ağlamaz,amma Qurd Seyid ağlayırdı...
Həyatın ən çətin sınaqları ilə üzləşən insanların hekayəsi... Vətən, ailə həsrəti, bu həsrətlər içində tək ümidin olan sevgi və sonda bu sevginin həsrəti...Oxuyarkən boğazımın düyünləndiyi, səhifədən-səhifəyə keçməyə qorxduğum, gələcəyi bir əsr əvvəldə yaşayırmış kimi hiss etdiyim bir kitab. Səhifələr keçdikcə onların xoşbəxtliyini pozacağıma qorxurdum.Seyidlə Şuranı bir-birindən ayrı təsəvvür etmək çox çətin oldu. Zaman hər şeyi dəyişə bilərmiş əslində, ağlımıza gətirəmək istəmədiyimiz hər şeyi...Qurd Seyid və Şura...Həyatım boyunca ağlımın bir küncündə qalacağınıza əminəm.
Qurd Seyid və Şura
Qurd Seyid və ŞuraNermin Bezmen · Teas Press Nəşriyyatı · 02,268 okunma