Aysel Bayramova

Puan vermedi·256 syf.··
2025 8. kitabı
·
11 günde okudu
·
Okunma: 12 Ekim 2025 18:32
Salamlar. Bu kitab haqqında öz fikrimi qısa şəkildə paylaşmaq istədim. Kitab mənə oxuduqca yeni şeylər, baxış bucağı verdi. Hər şeydə mütləq müsbət nə isə tapmaq bacarığı aşıladı, hərçənd özüm də qismən elə idim. Amma Pollianaya çatacaq dərəcədə yox. Bu kitabın uşaqlar üçün nəzərdə tutulması əbəs deyil. Bütün uşaqlar məncə bu prinsipə nail olsalar, dünya daha qəbul edilə bilən bir yer olar. Yeri gəlmişkən psixologiyada Polliana prinsipi tətbiq edilir. Kitabın sevmədiyim yanı isə, yazıçı və ya əsər ilə bağlı deyil. Tərcümə çox pis idi. Mən oxuya-oxuya kitabdan zövq ala bilmədim. Hətta bəzi məqamlarda artıq düşünürdüm ki, mən olsam necə tərcümə edərdim, bu da oxu zövqümə mane olurdu təbii olaraq. Bir sözlə kitabı oxuyun, övladınıza oxuyun və ya oxudun. Amma daha keyfiyyətli nəşrlərdən.. Hələlik
Pollianna BöyüyürEleanor H. Porter · Qanun Nəşriyyatı · 202140 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
10/10
·680 syf.··
Beğendi
·
2025 2. kitabı
·
80 günde okudu
·
Okunma: 18 Mayıs 2025 00:29
Salamlar. Keçmiş hesabımda ilk incələməm John Steinbeck'in Qəzəb salxımları (qəzəblər və insanlar yazacaqdım :)) əsəri olmuşdu. Bu hesabımda yenə John Steinbeck öz yerini tutacaq həm də ilk sırada. Çalışacam spoilerdən istifadə etməyim. Həm bu qədər gec oxuyub bitirməyimin üzüntüsü, həm də uzun müddət obrazlarla bir arada olmağın verdiyi sevinc var üzərimdə. Baş rol kimdi deyə soruşa bilərsiz.. Adam? Charles? Li? Samuel? Keti? Aron? Kaleb? Hamısı.. ən əsası isə biz özümüz.. Bəli, bu əsərdə insanlıq, vicdan, yaxşılıq və pislik ön plandadır. Habil və Qabil əfsanəsindən bu günə insanlığın tarixi var burda. Biz Qabilin törəmələri olaraq pisliyi də ürəyimizdə gəzdiririk. Və onu lazım olan anda (özümüzə görə) istifadə edirik. Yəni, biz seçim edirik. Kitabın ilk səhifələrində elə bundan bəhs olunur. Yaxşı və ya pis ola bilərsən, lakin sən hər iki halda bunun cəzasını ödəyəcəksən. Timşel - Bu cümlə isə "sən bacararsan, hakim ola bilərsən" mənasını verir. Biz içimizdəki pisliklə mübarizə aparıb ona hakim ola bilərik. Bu isə, bir qayda və ya əmr deyil, seçimdir. John Steinbeck'in bir çox kitabını oxumuşam. Bu kitab isə başqa bir zirvədir. Mənə görə, tək mənə görə yox, elə yazıçının özünə görə, bu bir şah əsərdir və yenə elə yazıçının dediyi kimi digər əsərlərin yazılması bu əsər üçün bir hazırlıqdır. "Siçanlar və adamlar" əsərini oxuyaraq düşdüm Steinbeck bataqlığına, hər dəfə oxuduqca daha da dərinə edirəm. Amma bu ən dib idi, buna əminəm. Ən çox da bir şeyə əmin oldum ki sevgisizlik insanı pis olmağa vadar edir. Xüsusən də, valideyn sevgisindən uzaq insanları ələ alır pislik. Sevilən daha yaxşı, az sevilən isə daha qəddar olur. Nə üçün ? Sevgi qazanmaq üçün. Ona görə də gələcəkdə valideyn olacaq və ya indi valideyn olan hər kəsə ilk tövsiyəm "övladlarınıza bərabər sevgi
Cənnətdən Şərqə DoğruJohn Steinbeck · Qanun Nəşriyyat · 202211,4bin okunma