Aysun Məsimova

Aysun Məsimova
@Aysun_Masimova
Öğretmen
18 November 1999
13 reader point
Joined on February 2023
Şu anda okuduğu kitap
392 syf.
·
Not rated
·
Read in 13 days
Bu qədər bacarıqsız təcrubəsiz birini belə qanunsuz işlərlə yuksək vəzifəyə qoymaq nə dərəcədə düzgün ola bilər. Əsəri ilk oxuyanda elə zənn edirdim ki Rəfizadə Mehrəlini sırf mütəxəssis və yaxsi,mərhəmətli biri kimi yetisdirib sonra vəzifəyə qoyacaq. Lakin bu hadisələr o qədər tez cərəyan etdi ki dusundukdən sonra gördüm ki bu qədər az muddətə 35 yasina çatmış Mehrəlinin mənəviyyatinda o dərəcədə də dəyişiklik etmək qeyri real bir şeydir.Eləcə də inkişafında.Əsərin ortasinda durub düşündüm ki gorəsən həqiqətən belə eksperimentlərmi aparirlar yuksək vəzifəli şəxslər?! əgər elədirsə vay bizim halimiza.. Əsərin əvvəlində Rəfizadənin sadəlövhlüyünü, Mehrəli kimi birini yuksəldib vəzifəyə qoymağıni çox rəğbətlə qarşilasam da ortalarina doğru gəldikcə bu oyunu oynadiqca necə vicdansiz ola biləcəyini gördüm . Kutləni bir yalana zamanla oyrəsə biləcəyinə hətta insanin belə oz yalanina zamanla necə alisa biləcəyini oyrənmək üçün bu eksperimenti edən Rəfizadə yaziq dostu Cahangirin dediyi cumlələri demaqoqluq deyir. Qulaq ardina vurur. Lakin sonralar onun bu eksperimenti neçə neçə insanlarin həyatina son qoyur, oz ailəsi daxil olmaqla ailələri dağıdır. Elə heç nədən Cahandirin də 10 ilini əlindən alır.
Eksperiment
Eksperiment
Sonda Mehrəlinin oz əvvəlki həyatına qayitmasi onun etdiklərinin çox az qarşılığı olsa da o dağılmış talelər geri qayitmir
Eksperiment
EksperimentElxan Elatlı · Teas Press Publishing · 2018297 okunma
Reklam
270 syf.
·
Not rated
Elatlının digər kitabları kimi bir nəfəsdə oxuyub bitirdim. Sadəcə digərlərindən daha çox şişirdilmiş hadisələr vardı. Ayçöhrəni bu qədər sevib, aşiq olan Ələmdar nə üçün sonralar Vaşaqla ona xəyanət edir? Təbii ki bunun kişilərin xisləti olduğunu yazıçı bəzi məqamlarda üstü örtülü göstərsə də yenə də güvənsizlik yaşayan gənclik əsərdə xəyal qırıqlığı yaşayır. Bəzi obrazlar isə daha çox şişirdilmişdi. Hər kitabda olduğu kimi bu kitabda da ehtiras dolu məsələlər daha çox qabardılmışdı. Niyə axi?) Oxucular artıq bilir ki Elxan Elatlı nə cür qızları cazibədar bilir)) ( qıvrımsaç, mütənasib bədən quruluşu, arıq yox nisbətən kilolu) Əsərdə anlaşılmayan bir yer isə Cəlal Ələmdar idisə nə üçün lap əvvəldən Bədrəddinin kim olduğu yadına düşmədi? Yenə də əsər maraqlı idi.
Arxalı Canavar
Arxalı CanavarElxan Elatlı · Elgün Yayınları · 2011660 okunma
672 syf.
·
Not rated
·
Read in 13 days
Məxvi şöbənin ən cəsur kəşfiyyatçısı, Elxan Elatlının isə əsərlərinin vazgeçilməz qəhrəmanı Ələmdar... Bu obrazın təsviri o qədər mükəmməldi ki obraza vurulmamaq mümkünsüzdür.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015689 okunma

Reader Follow Recommendations

See All
784 syf.
·
Not rated
·
Liked
Son zamanlarda tanış olduğum və həyəcanla oxuyub bitirdiyim kitabın yazarı Vidadi Babanlı. Yazıçının 96 yaşı var. Əsərlərini oxuyarkən beynimdə daha sağlam, gümrah təsəvvür edirdim. Bu halda görməyim məni çox məyus elədi həqiqətən dünya necə fanidi... Şahbaz Xuduoğlunun isə yersiz və məntiqsiz sualları daha çox hirsləndirdi. " Yəgin ki mütaliə eləmirsiz artıq (istehza),mütaliə eləməmək necə bir hissdi?," Xəyallarınız irəliyə doğrudu yoxsa geriyə? Bu kimi sualları vermək nə dərəcədə düzgündür. Ama yaşına və kecirdiyi nasazlıqlara baxmiyaraq necə səlis və nəzakətli danışır. Balacalığından anasız böyüdüyündən bu həmişə qəlbində yara olub musahibəsində də 3-4 dəfə ana yoxluğunu dilə gətirir. Görünür ki ahıllıq vaxtında bu dərdi daha tez tez yadına düşür. Yazdığı əsərlərin də demək olar hamısında obrazlarını ozünə oxşadırmış çoxunda uşaq vaxtı analarının başına nəsə gəlib, dünyadan koçdüklərini yazırdı...
Vidadi Babanlı
Vidadi Babanlı
Seçilmiş Əsərləri I
Seçilmiş Əsərləri IVidadi Babanlı · Şərq-Qərb Nəşriyyatı · 20186 okunma