Hər kəsin yaşamağa haqqı var amma məsum birisinin yaşamaq haqqını əlindən alan qatilin yaşamaq haqqı varmı? Məncə yox, bu kitabdan sonra bu haqda çox düşündüm. Edam hökmü məsum birisinin umidlərini, sevincini, arzularını, sevdiklərini oğurlayan qatilə aid edilməlidir. Xüsusilə sırf həzzinə görə məsum birisini öldürən insanın yaşamağa haqqı yoxdur. O məsum biri parlayan günəşdən, mavi göy üzündən, təbiətdən, azadlıqdan, həyatdan, sevdiklərdən məhrum edildi. Amma onu öldürən qatil dünyanın bu möhtəşəm tərəfini o görə biləcək. Məhz burda ədalət tərəzim canicə oldu. Nəysə, Əsərin özü çox təsirlidir. Əsərin qəhrəmanı cavan atadır. Ölümünə son saatlar qala qızıyla sağollaşması və qızının onu tanımaması ona çox təsir edir. Var olmağı istədiyi tək hafizədən silinmişdi...