Dünya hər hansı gizli qanunların təsirinə tabe olan malekullar və atomlardan ibarət olduğuna görə qəribə deyildi, ona görə qəribə idi ki, bu dünyada Ruf yaşayırdı.
Martinə daha alkoqol lazım deyildi. O daha ağır məstlik keçirmişdi. Ürəyində məhəbbət alovu yandıran və yeni, daha yaxşı həyata meyl oyadan Ruf onu məst etmişdi.