Aytac Əliyeva

Aytac Əliyeva
@Aytcc
İnsan olmağa çalışan biri #Public page instagram.com/dt.aytcc?igsh=b...
StuDentist
Qarabağ, 22 August 2004
48 reader point
Joined on December 2022
160 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 51 days
Goethe >
Tərcüməsi bu qədər gözəldisə,orjinalı necə di düşünə bilmirəm. Goethe sayəsində alman ədəbiyyatına marağım yarandı. Goethe'nin oxuduğum ilk əsəridir,ilk olsa da son olmayacaq.Çünki oxuyanda ordakı cümlələrin gözəlliyi,ahəngi,mənası insanın ruhuna süzülür. Kitabı oxuduqdan sonra Goethe haqqında bir balaca araşdırdım və öyrəndim ki, keçmişdə yazıçı dostunun nişanlısı-Charlotte adlı bir qıza aşiq olur.Hisslərin artdığını görəndə şəhəri tərk etməli olur.Məhz bu hekayədən bu kitab yazılıb. Bu kitabın adı Rövşən Abdullaoğlunun "Relslər üzərində uzanmış adam" kitabında da keçib. Bir zamanlar Avropada yayılmış "Verter effekti"-in izah edib. Kitabı çox sevdim,sadəcə məndən bir məsləhət aldığınız nəşriyyatada baxın çünki mən oxuduğum nəşrdə bəzi adları gizlətmişdilər sadəcə baş hərfin vermişdilər artıq bilmirəm bu əsərin orjinal halında mı beləydi yoxsa tərcümə edən mi dəyişdirib.Bilənlər varsa mənə də desin zəhmət olmasa
Genç Werther'in Acıları
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · İndigo Yayınları · 2017122.3k okunma
Reklam
285 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 34 days
Düşündüyümdən daha yaxşı idi
Hərşey 4 yaxın dostun olduğu məktəbdən qızların qaçırılması ilə başladı.Daha sonra isə məsələ gözlənilməz bir yerə doğru getdi.Bizə dost dediklərimizdən gələ biləcək xəyanəti göstərdi. İlk başda deyim,əsər maraqlıdı.Ən çox sevdiyim hissəsidə günümüzün məsələləri haqqında maraqlı cümlələrin olması idi.İlk başlarda normal maraqlı, ortalarda mənə görə marağın itirsə də son 50 səhifəyə yaxın çox maraqlı olmağa başladı.Hətta dayana bilməyib sonun öyrənmək üçün uni.də dərslərdə də oxumağa başladım. Dedektif janr olduğundan hadisələrin reallığın çoxda sorğulamaq istəmirəm. Həmişə ki,şüarım ölkəmizdə yeni ədəbiyyatın inkişafı üçün biz gənclər oxumalı və dəstək olmalıyıq.
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024116 okunma
160 syf.
·
Not rated
·
Liked
·
Read in 8 days
Altını xətləyəcəyimiz cümlələrlə dolu olan o kitab
Kitabın ilk səhifələri maraqsız gəlsə də,ortalarda Raif'in Almaniya hekayəsində çox maraqlı olmağa başlayır.Oxumağınızı tövsiyyə edirəm. Və əsərdə çox gözəl bədii cümlələrlə ifadə olunmuş fikirlər var.
Kürk Mantolu Madonna
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2021317.5k okunma

Reader Follow Recommendations

See All
424 syf.
·
Not rated
·
Liked
·
Read in 34 days
gözlənilməyən sonluğu olan kitab...
DİQQƏT SPOİLER VAR. 1k proqramında hamının təriflədiyini görmüşdüm, oxumağa ilk başlayandan ortalarına qədər "şişirdildiyin" düşünürdüm.O kii,Ovodun edamından sonra dəyişdi.Ovodun ölümünə inanmırdım elə bilirdim ki hardansa yenə qayıdıb gələcək,sonda Montanellinin insanlara dedikləri,ürəyi partlaması,Cemmaya gələn məktub,Martinin etirafı bu hissədə artıq diqqət daha çox yönəlirdi kitaba.Ən çox sevdiyim hissədə İsa peyğəmbərin ölümünü Montanelli Ovodun ölməyinə bənzətməsi və dedikləri. Son olaraq MƏN XOŞBƏXT BİR KƏPƏNƏYƏM YAŞASAM DA, ÖLSƏM DƏ... Oxuyun kitabı
Ovod
OvodEthel Lilian Voynich · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20221,858 okunma
2/10 puan verdi
Olmadı...
İlk başda hadisənin baş verişi yaxşıydı.Yəni necə ola bilər ki balaca uşaq ölsün.Amma ortalarında heç də gözlədiyim kimi olmadı,məcbur oxuyurdum yarım qoymamaq üçün..sonra dedim ki niyə özümə bu zülmü eləməliyəm maraqlı deyilsə axırın öyrən bitsin Kimsə axırın bilirsə desində mənə,qız necə ölürmüş
Halloven qonaqlığı
Halloven qonaqlığıAgatha Christie · Qanun Nəşriyyatı · 01,595 okunma
Reklam
Reklam