"Zırramalar dinc durmazlar ki, dərs boş keçsin. Hansından soruşsan, boş dərsdən ötrü ürəyi gedir. Di gəl, susmurlar. Qışqırırlar, dalaşırlar, parta aşırırlar, aşırmayanda üstünə çıxıb "Dolya Vorovskaya" oxuyurlar. Şıdı da səsə gəlib zavuçu çağırır. Zavuç da psixoloqu. Psixoloq da ǝllinci dəfə eyni anketi doldurtdurur."