Salam.
İlyas Əfəndiyevin qələmindən oxudum ilk əsər olan Söyüdlü arx'ı oxumağımdan uzun müddət keçsə də ,kitab haqqında düşüncələrimi bölüşmək istəyirəm.
Kitab tövsiyə olunanda oxumağa meyilli olmasamda ,oxuduqdan sonra da yaxşı ki,oxudum dediyim kitablardan biridir.Xüsusilə Nuriyyənin özünü aciz vəziyyətə salmaması,hər nə olursa sevgisinə hörməti məni daha çox həvəsləndirirdi kitabı oxumaq üçün.Günümüzdə çox rastlanan mövzu olduğunu nəzərə alanda Nuriyyənin davranışı nümunə ola biləcək davranışdır deyə düşünürəm.Kitabın sujeti,obrazların hər birinin xüsusi rəng qatmasıda oxumağa daha çox sövq edirdir.Sonluq gözlədiyim kimi olmasada ,kitabdan öyrəndiyim bir çox şey oldu,bir insanı nə qədər çox sevsək belə əgər birlikdə olmaq mümkün deyilsə yolumuza qaldığımız yerdən davam etməyin əhəmiyyəti də çox gözəl vurğulandığına görə kitab daha da çox sevdirdi özünü.
Oxumağa dəyər kitabdır.