Baloğlan Musayev

Bizlər istənilən mövzu ətrafında ətraflı fikirlər yürütdüyümüz halda, ölüm barədə söhbətdən kənar ötməyimiz, ona ötəri yanaşmağımız məni həmişə heyran edib. Ölüm ya səadət, ya da müsibətdir.
Sayfa 79·Kitabı okuyor
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Ölüm söhbəti açmaq üçün hələ çox cavanam. Amma mənə elə gəlir ki, əgər ondan danışmalı olsaydım, səssiz dəhşət içində dərk etdiyimiz, heç bir ümid yeri buraxmayan ölümün labüdlüyünü ifadə etmək üçün lazım olan sözləri məhz burada tapardım.
Sayfa 77·Kitabı okuyor
Sevilməmək - olsa-olsa uğursuzluqdu, sevməməksə bədbəxtliyin özüdür.
Sayfa 69·Kitabı okuyor
Əgər ömrünüzdə bircə dəfə alovlu eşq yaşamısınızsa, həyatınızın yerdə qalan hissəsini zaman-zaman bu coşqunluğu və nuru axtaracaqsınız.
Sayfa 65·Kitabı okuyor
Burada heçnə özüm olmağa maneçilik törətmir, mən heç nədən üz döndərmirəm və heç bir maska taxmıram: səbirlə öyrənmək və yaşamaq mənə kifayət edir.
Sayfa 55·Kitabı okuyor