Aysu Bədəlzadə

Aysu Bədəlzadə
@Bedelzade_Aysu
Müəllim
4 reader point
Joined on March 2024
Şu anda okuduğu kitap
Son günlər keçirdiyi ağır düşüncələr onun beynini yormuşdu və o bu saat, doğrudan da, qayğıya çox ehtiyac hiss edirdi. Daha doğrusu o, anlamağa başlamışdı ki, bu dünyada məhəbbətsiz insan kimi yaşamaq və mübarizə aparmaq mümkün deyil. Sevdiyin peşə ilə məşğul olmaq hələ xoşbəxtlik demək deyilmiş. Gərək ağır günlərdə, kədərli anlarda ürəyindəkiləri bölüşməyə bir yaxın adamın olsun.
Reklam
İnsanların cinayətkara necə çevrilmələrini düşünüb tapa bilirəm. Tapıram və ürəyimin dərinliyində anlayıram onları. Əlbəttə, həmişə də cəzalarına çatırlar onlar! Ancaq insanların bir-birinə xəyanət etməsini indiyədək anlaya bilmirəm. Sən necə düşünürsən, Nuranə? İnsanlar niyə xəyanət edirlər?
Bilirsən, Nuranə, hamı insandır. Cinayətin qurbanı olan da, cinayətkar özü də! Gərək başa düşməyə çalışasan, necə oldu ki, bu adam gəlib cinayətkar oldu. Axı heç vaxt doğum evindən cinayətkar çıxarmırlar?!

Reader Follow Recommendations

See All
Bu dəhşətli hərəkətə, bu qorxunc sözə öyrəşə bilmirdi. Axı bu insanlar niyə bir-birlərinə xəyanət edirlər? Təkcə insanlarmı? Bəli, insanlar! Qaplan yadına düşdü. Məlikxanlının iti... Sədaqətə bir bax! Sahibinin ayrılığına dözə bilmədi yazıq heyvan...
Doğrudanmı, bu gün dünyada özünə hamıdan əziz, hamıdan doğma bildiyin, bir yastığa baş qoyduğun adam, sən öləndən on gün sonra səni unuda bilər?!
Reklam
Reklam
Reklam