Həmişə filmini görəndə, izləmirdim ki, birinci kitabını oxuyum,daha sonra filmini izləyərəm. Kitabı oxudum. Daha sonra filmini izlədim. Məşhur Təhminə və Zaurun eşqini oxudum. Təəssüf ki, bir çoxları kimi kövrələrək, təsirlənərək deyil, cəmiyyətimizi, ailə strukturunu düşünərək oxudum. Əxlaq yalnız qadın və ya kişiyə xas bir keyfiyyət deyil, insana və insanlığa xas bir xüsusiyyətdir. Kitab Azərbaycan gerçəkliyini bütün açıqlığı ilə göstərir. Mənim üçün bu, sevgi hekayəsi yox, cəmiyyətin ayıbını göstərən kitab idi. Kitabdakı obrazlar ölməz obrazlardı. Çünki onlar 50 il əvvəl də mövzuda idilər, indi də mövcuddurlar, 50 il sonra da mövcud olacaqlar. Hamı bu kitabı, "böyük təsirli sevgi" hekayəsini məncə çox böyüdürlər. Zaura hamının yazığı gəlir ki, ay belə sevgi əzabı çəkdi, ay belə üzüldü, ay belə ürəyimiz yandı ona və s. Əsas sual - niyə? Kitabda Firəngizdən başqa "yazıq" obraz yoxdu. Çünki bircə hələ də, Firəngizin üzü qızarır abır- həya cəhətdən. Çox heyf ki, günümüzdə də Firəngizlər Zaurlara qismət olur. Çünki, Zaurlar və Zaurların dəyərli ailələri üzlərinin ağ olması üçün Firəngizlər axtarır. Onlar üçün əsas odur ki, qurban olduqları əziz oğulları istədiyi kimi həyat yaşıyır amma ona yaxşı, təmiz ailə qurmasını istəyirlər. Onun ayıbını örtmək üçün. Hamı yaxşı qız axtarır. Amma o yaxşı qız axtaran anaların dəyərli oğulları görəsən nə dərəcədə yaxşıdırlar. Məlumdur. Hər kəsin həyatı özünə görədir. Amma bu işlərin içində həqiqətən yanan insanlar olur. Firəngiz kimi. Bəzən Firəngizlər heç fərqində olmurlar ki, onların yaşadığı insan başqa bir qadını arzulayaraq yaşıyır. Kişiyə olar. Bu yazılmamış qanundur cəmiyyətimizdə. Hətta bunun bir nümunəsi də odur ki, film çəkiləndə azərbaycanlı kişi aktyor tapılır amma azərbaycanlı qadın aktrisa tapılmır bu rollarda