Birgə Razılaşma Cəmiyyəti

Birgə Razılaşma Cəmiyyəti
@Birgerazilasma
VƏTƏNDAŞ və DÖVLƏT müəyyənləşdikdən sonra onlar arasında münasibətlər tənzimlənməlidir ki, DÖVLƏT də, VƏTƏNDAŞ da bilsin ki, hüquq və vəzifələri, öhdəlikləri nədən ibarətdir. Belə bir tənzimləməni həyata keçirən razılaşmaya, yaxud əsas müqaviləyə ehtiyac labüdləşdiyindən DÖVLƏT və VƏTƏNDAŞ arasında olan çoxşaxəli münasibətləri tənzimləyən birbaşa hüquqi qüvəyə malik ALİ MÜQAVİLƏni, yaxud KONSTİTUSİYAnı qəbul edirik. Beləliklə, sadə şəkildə desək, ALİ MÜQAVİLƏ – KONSTİTUSİYA DÖVLƏT və VƏTƏNDAŞ arasındakı çoxşaxəli münasibətləri tənzimləyən birbaşa hüquqi qüvvəyə malik olan ƏSAS razılaşmadır.
Birgə Razılaşma Konsepsiyası
Reklam
İstənilən cəmiyyətdə MÜXALİFƏTin varlığı, mövcud olub-olmaması 3 mühüm amillə şərtlənir. 1. MÜXALİFƏT müfəssəl, aydın bir ideologiyaya sahib olmalıdır; 2. MÜXALİFƏT öz ideologiyası ətrafında sosial baza formalaşdırmağı və ideologiyaya əsaslanan ALTERNATİV SİSTEM kimi meydana çıxmağı bacarmalıdır; 3. MÜXALİFƏT dəqiq müəyyən edilmiş hədəfə və ona çatmaq üçün yetərli strategiyaya, taktiki gedişlərə malik olmalıdır. Göstərilən bu 3 amilin yoxluğu hər hansısa bir ölkədə MÜXALİFƏTin faktiki olmamasına dəlalət edir. Deməli, burada MÜXALİFƏTdən yox, onun imitasiyasından danışa bilərik.
Birgə Razılaşma Konsepsiyası
AZAD MƏTBUATın müstəqil fəaliyyətinin əsas prinsipi başqalarının hüquq və azadlıqlarını pozmamaq şərtilə, tamamilə sərbəst ifadə, söz azadlığının təmin olunmasıdır.
Birgə Razılaşma Konsepsiyası
Cəmiyyətimizdə insanın (Fərdin) AZADLIĞInı anlada biləcək bir sıra məfhumlar kimi MÜXALİFƏT anlayışı da həqiqi məzmununa müvafiq biçimdə deyil, müxtəlif maraqlı qüvvələrin istəklərinə uyğun şəkildə təhrif olunmaqla izhar edilməkdədir. Bəs əslində məsələ necədir? MÜXALİFƏT - ilk növbədə cəmiyyətin (eləcə də dövlətin, hakimiyyətin və s.) idarə olunması ilə bağlı özünün müfəssəl, aydın ideologiyası (ideoloji konsepti, gələcəklə bağlı əsaslı konsepsiyası) olan, eyni zamanda həmin ideologiyaya əsaslanaraq, ətrafında sosial dayaq toplaya bilən və hər an ortalığa çıxmağa qadir alternativ bir siyasi qüvvədir, gücdür.
Birgə Razılaşma Konsepsiyası
İCRAEDİCİ HAKİMİYYƏT BİRGƏ RAZILAŞMAnın tələblərinə uyğun hazırlanmış QANUNLARla müvafiq labirintlərə (bəlli fəaliyyət çərçivələrinə) salınmalıdır. Məsələn; konkret müddət üçün hakimiyyəti təmsil etməli, müəyyən edilmiş müddət başa çatdıqdan sonra birmənalı şəkildə hakimiyyəti təhvil verməlidir. ƏDALƏT (MƏHKƏMƏ) HAKİMİYYƏTİ nümayəndələri ƏDALƏT KEŞİKÇİləri (hakimlər) ömürlük seçilməli, QANUNVERİCİ HAKİMİYYƏT tərəfindən təsdiq edilməlidir. Həmçinin İCRAEDİCİ HAKİMİYYƏTi təmsil edən hökumətin formalaşmasında QANUNVERİCİ HAKİMİYYƏT birbaşa iştirak etməlidir və s.
Birgə Razılaşma Konsepsiyası