📚 Kitab müzakirəmiz bu dəfə Qubada!
Bu dəfə kitab müzakirəmizi şəhərdən uzaqda – təbiətin qoynunda, Quba Qəçrəşdə keçiririk!
25 may tarixində Albert Camus-nun “Çöküş” əsərini birlikdə müzakirə edəcək, həm ruhumuzu, həm zehnimizi dincəldəcəyik. Maraqlı söhbətlər, yeni tanışlıqlar və yadda qalan bir gün üçün bizə qoşulun!
Qeydiyyat linki :
forms.gle/i2J1uTmGYSs5Gvmn9
📌 Qeyd: Yerlər məhduddur!
📚Kitab müzakirəsi: Dahi
Teodor Drayzerin möhtəşəm əsərlərindən biri olan "Dahi" kitabını 9 mart tarixində müzakirə edəcik. Drayzerin qələmindən çıxmış bu əsərin müxtəlif fikirlərə yol açacağıda göz önündədir. Həftə sonu olacaq müzakirəyə hər birinizi gözləyirik.
📌Qeyd: Kitabı oxumadanda müzakirədə iştirak edə bilərsiz.
🕛Tarix: 9 mart, 14:00
📍Məkan: Coolab GİM
Qeydiyyat anketi👇🏻:
forms.gle/TtUP4YkwfqsVUUZP8
Salam, dostlar. Hər vaxtınız xeyir. Ümid varam ki, hər biriniz yaxşısız. Beləliklə fevral ayı üzrə seçilən "Solyaris" kitabını 22 fevralda müzakirə edəcik. Hər bir kəsi müzakirədə görməkdən böyük məmnuniyyət duyuruq.
📌Qeyd: Müzakirədə iştirak üçün kitabı oxumaq şərt deyil. İstəyən hər kəs müzakirəyə qatıla bilər.
🕛Tarix: 22 fevral, 15:00
📍Məkan: Coolab GIM ( maps.app.goo.gl/YbrxWH6zMtCa7MmW9)
Qeydiyyat anketi👇🏻:
forms.gle/vZtUG5GcXLSsQkeWA
Beləliklə, gəldik çıxdıq, ilin kitab sevərlər tərəfindən ən çox gözlənilən gününə🤩. Yeni bir kitab qazanmaq eyni zamanda başqa birinə yeni bir kitab hədiyyə etmək-bookgivingday'in mənasıda tam olaraq budur. Keçən il olduğu kimi, bu ildə bu günü qaçırtmır və qeyd edirik. Bu ilki konseptimiz isə "kitabını və hekayəsini götür, gəl"-dir. Bu başlıq altında, öz seçdiyin və hədiyyə eləmək istədiyin kitabı, 16 fevralda götürüb gəlirsən, həm çox əyləncəli zaman keçirir, həm də yeni bir hədiyyə kitabla birlikdə gedirsən. Bəs bunu necə edəcəksən?🤔 Hədiyyə etmək istədiyin kitabın hekayəsindən-yəni, niyə onu hədiyyə etmək istədiyindən bəhs edəcəksiz, sonrasında isə hamımız birlikdə bu hekayələri dəyərləndirəcək. Yəni qalibidə elə birlikdə seçəcəyik. Mükəmməl bir fikirə bənzəyir hə?🗣🔥 Ele isə sizidə orda gözləyəcik. #Bookgivingday-də görüşərik👋🏻
Qeydiyyat linki :
forms.gle/3aZxyKSn8ozE7Z6g6
📚Kitab müzakirəsi: Yeraltından qeydlər
Bu həftəsonu Rus ədəbiyyatı kateqoriyası üzrə seçilən Fyodor Dostoyevskinin "Yeraltından qeydlər" kitabını müzakirə edəcik. Yeraltı ədəbiyyatının görkəmli nümayəndələrindən olan bu əsər bizi çox dərin müzakirələr aparmağa sövq edəcək. Hər bir kəsi müzakirədə görməkdən böyük məmnuniyyət duyuruq.
Qeyd: Müzakirədə iştirak üçün kitabı oxumaq şərt deyil. İstəyən hər kəs müzakirəyə qatıla bilər.
🕛Tarix: 26 yanvar, 11:00
📍Məkan: Coolab GIM ( maps.app.goo.gl/YbrxWH6zMtCa7MmW9)
Qeydiyyat anketi👇🏻:
forms.gle/nriL51UtEB938fhd9