Kim deyir ki, insanın ümidi heç vaxt ölmür? Yalandır, inanmayın. Düzdür, ola bilsin ki, insanın ümidi öz əcəli ilə ölmür, ancaq onu öldürmək olar. Necə ki, mənimkini öldürdülər. Bununla da əlim-ayağım yerdən də, göydən də üzüldü. Qanına-qəltan olmuş ümidimin "meyitini" də qucağıma alıb, kəndimə qayıtdım...