Arzu Hüseynova

Arzu Hüseynova
@Booklover_a_
instagram.com/booklover_a_?ig... "Kitabsız bir ömrün nə mənası var?"(S.Vurğun)
Puan vermedi·155 syf.··
Beğendi
·
2022 5. kitabı
Kitabımızın baş obrazı Bəhnan və Anisadır.Bəhnan sakit təbiətli biri olsa da,Anisa onun əksinə coşğun bir xarakterə malikdir.Necə deyərlər əks qütblər bir-birini cəzb edir. 356...Bu rəqəmlər heç də təsadüfi seçilməyib.Hadisələr saat 3:56-dan etibarən qatarda başlayır. Bəhnan 4 ildir görmədiyi qızı ilə görüşmək üçün qatarla səyahət edir və burada Anisa ilə tanış olur.Onun danışığı,gözəlliyi onu heyran edir,ilk görüşdə aşiq olur.Bu 25 saatlıq səyahət onların bir-birilərini tanımasına vəsilə olur.Səyahətin bitməsinə bir neçə saat qalmış Anisa yoxa çıxır.Qatarda bu ad da sərnişin olmadığı deyilir.Bəhnana qalan isə ətrafındakı saysız-hesabsız insan,zaman qatarı və Anisadan qalan məktub... Numeroloqların dediyinə inansaq, ədədlər yalnız rəqəm və işarələrin ifadə etdiyi kəmiyyət göstəricisi deyil, onlarda başqa bir qüvvə də var. 3 - dəyişkənlik deməkdir, keçmişin, indinin və gələcəyin rəmzi olan üçbucaqla işarə edilir. 5 - risk və təhlükə deməkdir. Onda sabitliyin olmaması bir tərəfdən inamsızlığa gətirib çıxara bilər, digər tərəfdən bu, ən xoşbəxt, ən gözlənilməz rəqəm sayılır. 6 - inam rəmzidir. O, göy qurşağının yeddi rəngini ifadə edərək təbiətlə harmoniyadadır. Düşünürəm ki,bir kitabda başlıca olacaq özəllik oxucunun qəlbinə yol tapmaqdır. Müasir ədəbiyyatımızda belə maraqlı əsərlər ərsəyə gətirən yazarların olduğunu görmək sevindiricidir. Son olaraq fikirlərimi kitabdan bir alıntı ilə sonlandırmaq istəyirəm: "Həyatda insanın sevdiklərindən başqa kimi var axı? Heç kimi yoxdur. Ona görə də zaman ayırmalıyıq. Bu zaman qatarında onlarla vaxt keçirməliyik. Söhbət etməli və ya dinləməliyik. Sonra çox gec olacaq və peşmanlıq da acıdan başqa bir şey verməyəcək..."
Psikoloji
356 Nömrəli Zaman QatarıRövşən Şərif · Mücrü Nəşriyyatı · 202220 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·250 syf.··
2022 4. kitabı
Bu gün ki şərhim gənc yazarımızın ilk kitabı haqqında olacaq.Kitab psixoloji janrdadır. Əsərin qəhrəmanları,baş verən hadisələr yazarın bədii  təfəkkürünün məhsuludur. Əsər rəssam bir qız-Eleonaranın(adı çox sevdim bu arada) həyatından bəhs edir.Belə ki,o,Rəssamlıq Akademiyasında təhsil alır.Öz dünyasında yaşayan,insanlarla ünsiyyət qurmayan biridir.Bir nəfər istisna olmaqla...Atilla.. İlk vaxtlar Eleonara üçün yaxın dost olan Atilla,zaman keçdikcə dostdan da ötə olur. Hadisələr Eleonaranın qəribə yuxular görməsi ilə başlayır və bir gün başına elə hadisələr gəlir ki,qəza nəticəsində gərçəkləri öyrənir. Əsər də Eleonaranın incəsənətə bağlığı da gözlərdən qaçmır. İlk başlarda kitab sakit ilərləsə də,hadisələrin baş verməsi ilə maraqlı bir hal alır.Sonluğu isə gözlənilməz oldu.
Psikoloji
Qar Üstündə YoncalarTahirə Quliyeva · Mücrü Nəşriyyatı · 05 okunma
10/10
·250 syf.··
Beğendi
·
2021 32. kitabı
·
30 saatte okudu
·
Okunma: 03 Aralık 2021 20:33
Seyranın çox sevdiyi və hər dəfəsində də təkrar-təkrar zövq alaraq oxuduğu bir əfsanə var:"Tor və Torağay əfsanəsi".Bu əfsanə həm də bir çobanın illər öncə söylədiyi şeirdir.  Əsərdə hadisələrin bir çox sarsılmaz olan sıldırımlı dağ belinin ətrafında baş vermişdir.Və bir də adı daima nəğmələrdə çəkilən, görünüşü ilə də qəlbləri fəth edən torağay quşu var. Bu çəmənlik onların əbədi oylağı olmuşdur.Əsərin digər qəhrəmanları Amur,Azradır.Bir birinə yad olan insanlar və söylənilən kəlmələr... Əsər bölümlər şəklindədir.23 bölüm var və mənim ən bəyəndiyim "Tor və Torağay əfsanəsi","Solğun və Məğlub","Mən səni sevirəm" oldu.Qeyd edim ki,hər bir bölüm sıxmadan,maraqla irəliləyir və bunda yazarımızın duyğuları necə gözəl təsvir etməsinin də payı var. Bəyəndiyim və tövsiyə etdiyim əsərlərdən oldu.
Zehnin KəlməsiAli Ahlas · Xan Nəşriyyatı · 010 okunma
10/10
·400 syf.··
Beğendi
·
2020 4. kitabı
Həyatını ailəsinə,sonra ərinə,daha sonra uşaqlarına həsr etmiş qadının hekayəsi... _ Kitab 16 yaşlı Məsumənin həyatından bəhs edir.Atası və qardaşları Məsuməni zorla üzünü görmədiyi biri ilə evləndirirlər.Məsumə isə başqa birini sevir və təhsil almaq istəyir.Amma Məsumə bilmir ki,onun əri inqilabçı,təhsilli və müasir biridir.16 yaşlı Məsumə inqilabçıların arasına düşür... Kitab bir nəfəsə oxunacaq romanlardandır.Kitabda İran qadınına ailədə,cəmiyyətdə olan münasibət də aydın şəkildə göstərilmişdir.Bundan başqa qadına olunan haqsızlıqlardan,hüquqlarının pozulmasındanda bəhs edilir.
Edebiyat
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,405 okunma