Mənim payım

9,0/10  (3 Oy) · 
5 okunma  · 
4 beğeni  · 
52 gösterim
Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı. Sadə və dindar ailənin hicablı, imanlı qızı ateistlərin, solçuların, inqilabçıların arasına düşür...
Hazırda mühacirətdə yaşayan Pərinuş Səniinin “Mənim payım” avtobioqrafik romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və natural şəkildə təsvir olunur.

Biz Qumdan Tehrana köçəndə atam məktəbə getməyimə icazə verdi. Hətta ona deyəndə ki, Tehran məktəblərində heç kəs çadra örtmür, başıma çadra yerinə yaylıq bağlamağa icazə verdi.
Amma bir şərt qoydu ki, onun ləyaqətinə xələl gətirməyim.
Abbas əmimə qurban olum. Bir dəfə eşitdim ki, atama - deyir:
- Qardaş, qızın zatı gərək yaxşı ola. Məsələ hicabda-zadda deyil. Əgər pis olsa, çadranın altından da min dənə iş görə bilər. İndi ki Tehrana gəlmisən, gərək tehranlılar kimi yaşayasan. Keçdi o zamanlar ki, qızı evdə həbs edirdilər. Qoy məktəbə getsin. Geyimi də o birilər kimi olsun. Yoxsa hamı onu barmaqla göstərər.
Abbas əmim çox düşüncəli adam idi. Belə də olmalı idi. ıo ilə yaxın idi ki, Tehranda yaşayırdı. Quma ancaq orada kimsə
öləndə gələrdi. Atamın anası, rəhmətlik nənəm hər dəfə Abbas əmi gələndə deyirdi:
- Abbas, niyə mənə belə gec-gec baş çəkirsən?
Abbas əmi də hündürdən gülərək:
- Nənə, neynəyim, qohumlara de ki, tez-tez ölsünlər, mən də Quma tez-tez gəlim, - deyirdi.
Nənəm əlini üzünə elə bərk çırpırdı ki, izi uzun müddət getmirdi.
Abbas əminin həyat yoldaşı tehranlı idi. Həmişə Quma gələndə çadra örtərdi. Hamı bilirdi ki, o, Tehranda hicab örtmür. Heç qızları da belə şeylərə əməl eləmirdilər. Məktəbə də hicabsız gedirdilər.
Nənəm öləndən sonra atam onun biz yaşadığımız evini satıb hamının payını verdi.
  • Baskı Tarihi:
    2013
  • Sayfa Sayısı:
    420
  • ISBN:
    9789952265972
  • Çeviri:
    Azerice
  • Yayınevi:
    Qanun Nəşriyyatı
  • Kitabın Türü:
Zamin Abdullayev 
18 Ağu 2017 · Kitabı okudu · Beğendi · 9/10 puan

Bir kitabın içində nə olmalıdırsa hər şey var. Yazarın, eləcə də kitabın adını ilk dəfə idi eşidirdim. Bəyənəcəyimə ümidsizliklə kitaba başlasam da əla kitab olduğunu etiraf etmək lazımdır. Hər kəsə tövsiyə edirəm :)

Kitaptan 4 Alıntı

Zamin Abdullayev 
17 Ağu 2017 · Kitabı okudu · İnceledi · Beğendi · 9/10 puan

"Əgər insanlar zorakılığa özləri təslim olmasalar, dünyada bu qədər zorakılıq olmaz"

Mənim payım, Parinoush SanieeMənim payım, Parinoush Saniee
Zamin Abdullayev 
18 Ağu 2017 · Kitabı okudu · İnceledi · Beğendi · 9/10 puan

"Həyat sözdən başqa bir şey deyildi. Ya ölüm arzusu, ya arzu ölümü"

Mənim payım, Parinoush SanieeMənim payım, Parinoush Saniee
Zamin Abdullayev 
18 Ağu 2017 · Kitabı okudu · İnceledi · Beğendi · 9/10 puan

"Gənc olanda gələcəyi fikirləşirik. Gələn il necə olacaq, beş ildən sonra nə olacaq? Tələsirik ki, günlər tez-tez keçsin və biz tez gələcəyə çataq. Amma elə ki yaşa dolursan, daha gələcək olmadığına görə keçmişə baxırsan"

Mənim payım, Parinoush SanieeMənim payım, Parinoush Saniee