Mən falçılığa, kitabı vereqlemeklə gələcəkdə baş verəcəkləri görməyə qətiyyən inanmırdım. Allah Quranı yer üzüne yalnız o səbəbdən nazil etmişdi ki, insanlar oxuyub hökmlərindən xəbərdar olsunlar, düzlüye, təmizliyə, iman gətirsinlər, ancaq bu cahillər yüz illərdir onu oxumaq əvəzinə, içində nə yazıldığını anlamayan mollalara "kitab açdırıb"itmiş danalarını, toyuqlarını axtartdırırlar.