"Adriana, səndən yalnız bir nəfər üz döndərib, sənə isə elə gəlir, bütün dünya səni tərk edib. Sənə sadəcə bir nəfər zəng etmir, sənə isə elə gəlir ki, bütün insanlar səni unudublar. Sən tənhasan və sənə elə gəlir ki, bütün dünya tənhalıq içində qərq olub, hamı qəm-qüssəyə batıb... Bu dəqiqə Əminin nə işlə məşğul olduğunu, Mostarın hansı küçəsindən keçdiyini elə bilmək istəyirəm ki..."