"O şeyi ki, mən ürəyimdən qoparıb atmışam, bəlkə də, bunu qoparırkən ürəyim parçalanmışdır, mən ağır iztirablar çəkmişəm - o bir daha mənim qəlbimə qayıtmayacaq!"
"Bəzən ən xoş təbiətli, lakin zəif əsəbli adamlarda belə bir hal olur: onlar nə qədər xoş təbiətli olsalar da, öz kədər və hiddətlərinə qapılır, bundan hətta həzz alırlar; onlar, hər necə olsa, heç təqsiri olmayan, çox vaxt da ən yaxın adamlarına, lap onları incitməli olsalar, ürəklərindəkini açıb söyləmək istəyirlər. Məsələn, qadınlarda belə bir hal olur ki, heç kəs onları incitməsə də, heç bir bədbəxtlik üz verməsə də, bəzən onları incimək, bədbəxt olmaq ehtiyacını hiss edirlər. Bir çox kişilər var ki, bu cəhətdən qadınlara oxşayırlar, lakin onlar heç də zəif kişi deyillər, qadınlıq hissləri də onlarda çox azdır."