Takedanın yanında əldə etdiyim təcrübə mənə birinci növbədə heç vaxt kor-koranə şəkildə hansısa kütlənin arxasına düşmək , axına qarışmaq olmaz gerçəkliyini öyrətdi."Hamı belə edirsə,mən də belə etməliyəm"fikri ilə yaşamaq düz deyil.Əgər səni bu kütləyə və ya axına doğru itələyirsə, diqqətli olmalı və istiqamətin düzgün olub -olmadığını təyin etməlisən.
Bir insan qarşısındakı insanın sədəqətini qazanmalıdır.Bəzən insanlar yersiz sədaqət naminə çox şey edirlər ,əsl sədaqətin nə demək olduğunu və qarşısındakının buna layiq olub-olmadığını dərk etmədən öz həyatlarını kor-koranə bu "sədaqət"ə qurban verirlər.Mən elə yaşaya bilmərəm, həyatımı "haqsız sədaqət"ə qurban verə bilmərəm.
Saatlarla rəqəmlərə bax,pul say,hesabla və sair və ilaxır...Mən belə yaşamaq istəmirəm.Özümə belə bir gələcək arzulamıram.Əgər bir gün mənim həyatım bu cür olsa, özümü heç vaxt bağışlamaram.