Nəhayət ki, bitdi. 2 ay əvvəl başladığım macəга, (adlandırmaq münasibsə) bu gün 18:20 radələrində sona çatdı. İlk dəfə Dostoyevskinin qələmi ilə tanış olurdum, əlbəttə, rus yazıçıları mənə hər zaman "qaranlıq, bürkü, rütubət" kimi görünürdü (Tolstoy xaric). Bu düşüncəmin doğruluğunu bir daha təsdiqləyirəm. Əsər hədsiz maraqlı deyildi, lakin maraq dairəmdə idi. Belə ki, burada bir məhbusun (bu məhbus elə yazıçıdır) 10 illik dvoryan-məhbus həyatından xatirələri öz dilindən və öz qələmindən cəm olunmuşdu. Oxuduqca məhbusun iç aləmini, daxili dünyasını, düşüncə tərzini və bizim hazırkı vəziyyətimizin (məhbus lüğətində bu azadlıq deməkdir) onlar üçün mübaliğəli təsvirini və sairi aydınca anlamaq olur. Oxuduğum ilk gündən içim daralırdı, çünki kitabı yaşaya bilirdim, sanki məhbus baş obraz deyil, məhz mən idim, nəhayət ki, bu gün oradan azad oldum (baş qəhrəmanla birlikdə).