Babazade Shahla

Babazade Shahla
@Butterfly01
En çok kendi mahkemesinden korkar insan...
Kelebek
Kelebek
192 syf.
9/10 puan verdi
·
Beğendi
·
34 saatte okudu
Əsərdə hadisələr Səfəvilər dövlətində Şah II Abbasın hakimiyyəti dövründə 1655-ci ildə baş verir. Şahın qurduğu Ədalət divanının qulluqçuları qulam Barsoğlu və katib Mirzə İman sadə bir vərasət məsələsini həll etmək məqsədilə Savə şəhərinə gəlir. Lakin burada tamamilə başqa hadisələrlə rastlaşırlar. Əsər ən çox bəyəndiyim tarixi və dedektiv janrın vəhdəti idi. Maraqla araşdırdığım xaşxaşilər mövzusuna toxunulması da məni cəzb etdi. Maraqlı, axıcı bir əsər idi.
Qırmızı Qar
Qırmızı QarAnar Ismayıl · Qanun Nəşriyyatı · 201633 okunma
Reklam
416 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Əsərdə 11 yaşlı Anninin Karbertlər tərəfindən uşaqlar evindən övladlığa götürülməsindən və daha sonra başına gələnlərdən danışılır. Əsərin öz dilimizdəki nəşrini 3-4 il bundan əvvəl oxumuşdum. O zaman da bəyənmişdim, indi də çox bəyəndim. Əsər əsasında çəkilən serialı da sevərək izləmişdim ("Anne wiht an E"). Əsərdə Anninin daxili dünyası, xəyalları çox gözəl təsvir olunub. Demək olar ki, hər dəfə kitabı üzümdə bir təbəssümlə oxuyurdum. Amma kitabı oxuyub bitirdikdən sonra gözlərim yaşla doldu🥲. Hər kəsə tövsiyə edə biləcəyim çox maraqlı və gözəl cümlələrlə dolu bir əsər oldu.
Yeşilin Kızı Anne
Yeşilin Kızı AnneL. M. Montgomery · Ephesus Yayınları · 202015,4bin okunma
344 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Əsərdə Bayanduri (Ağqoyunlu) dövlətinin son dövrləri və Səfəvilərin hakimiyyətə gəlməsindən Şah I İsmayılın vəfatına qədər olan hadisələr qələmə alınmışdır. Universitetdə Azərbaycan tarixi müəllimimiz bu əsər haqqında "Mütləq oxuyun" demişdi. Mən də bir müddətdir ki, oxumağı qərara almışdım. Əsərdə "Tarix-i aləm aray-i Abbasi", "Həbibüs-siyər", "Rövzətüs-Səfəviyyə" kimi tarixi əsərlərdən iqtibaslar gətirilməsi xüsusilə diqqətimi cəlb etdi. Yazıçının hadisələri paralel şəkildə verməsini bəyəndim. Maraqlı, axıcı bir əsər idi.
Qızılbaşlar
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202138 okunma

Okur Takip Önerileri

Tümünü Gör
760 syf.
9/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Bir sözlə MÖHTƏŞƏM Əsərin baş qəhrəmanı dənizçi Edmond Dantesdir. O, nişanlısı ilə evlənəcəyi və işlədiyi gəminin kapitanı vəzifəsinə seçiləcəyi ərəfədə "dost"ları tərəfindən yalandan ittiham olunaraq ömürlük həbs olunur və ən təhlükəli canilər üçün nəzərdə tutulmuş "İf şatosu"na salınır. Lakin nəticədə buradan qurtula bilir və düşmənlərindən intiqam almağa başlayır. Yazıçı kitabda "İntiqam nədir? Necə alınmalıdır?" sualının ən mükəmməl təsvirini verib. Çox maraqlı və bir o qədər düşündürücü bir kitabdır. Bir çox hallarda gözlənilməz hadisələrlə qarşılaşırıq. Əsər 1500 səhifədən daha qalın olsa da (oxuduğum ən qalın kitab oldu), axıcı dillə yazılıb.
Monte Cristo Kontu (2 Cilt Takım)
Monte Cristo Kontu (2 Cilt Takım)Alexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202026,2bin okunma
72 syf.
9/10 puan verdi
·
Beğendi
·
28 saatte okudu
Əsərdə həyatdan ümidləri üzülmüş birinin qəlbinin necə yaşamaq eşqi ilə dolması və kədərli sonu təsvir edilib. "Monte Cristo kontu"nun I cildini bitirdikdən sonra qısa bir kitab oxumaq istədim. Çoox maraqlı bir əsər oxudum və Zweig bu əsərində də məni düşüncələrə qərq etdi.
Kızıl
KızılStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202229,5bin okunma
Reklam
Reklam
78 öğeden 61 ile 75 arasındakiler gösteriliyor.