Əsərdə hadisələr Səfəvilər dövlətində Şah II Abbasın hakimiyyəti dövründə 1655-ci ildə baş verir. Şahın qurduğu Ədalət divanının qulluqçuları qulam Barsoğlu və katib Mirzə İman sadə bir vərasət məsələsini həll etmək məqsədilə Savə şəhərinə gəlir. Lakin burada tamamilə başqa hadisələrlə rastlaşırlar.
Əsər ən çox bəyəndiyim tarixi və dedektiv janrın vəhdəti idi. Maraqla araşdırdığım xaşxaşilər mövzusuna toxunulması da məni cəzb etdi. Maraqlı, axıcı bir əsər idi.