1000Kitap Logosu
jafarovmemories
jafarovmemories
jafarovmemories
TAKİP ET
jafarovmemories
@Cavidan_Cafarov
Philology
Azərbaycan, 9 Kasım
Erkek
39 okur puanı
15 May 2019 tarihinde katıldı.
109
Kitap
6
İnceleme
29
Alıntı
8
İleti
Tanıdığın kimse takip etmiyor
Ortak okuduğunuz kitap bulunmuyor
Ömrümün yağışlı günləri başlar, Yağışlı günləri başlar ömrümün. Bu yağan yağışlar, yağan yağışlar, Bilmirəm, nəyini xoşlar ömrümün?!.. Bu gələn payızın suları soyuq, Küləkləri hirsli, yağışı incik. Mənim əllərimin sığalı soyuq, Sənin gözün yaşlı, baxışın incik. Düşür çiynimizə payız yarpağı, Elə bil ölüdü, tabutdan düşür. Ağaclar hamısı çılpaqdı axı, Bəlkə düşən yarpaq buluddan düşür. Bir yalan sevgidən yorulmaq asan, Bir ölən sevgini diriltmək çətin. Günəşli günlərdə vurulmaq asan, Yağışlı günlərdə unutmaq çətin… Yağışlı günlərdə unutmaq çətin, Günəşli günlərdə vurulmaq asan. Bir ölən sevgini diriltmək çətin, Bir yalan sevgidən yorulmaq asan. Bəlkə düşən yarpaq buluddan düşür, Ağaclar hamısı çılpaqdı axı. Elə bil ölüdü, tabutdan düşür, Düşür çiynimizə payız yarpağı. Sənin gözün yaşlı, baxışın incik, Mənim əllərimin sığalı soyuq. Bu gələn payızın yağışı incik, Küləkləri hirsli, suları soyuq.
Ramiz Rövşən
Sayfa 39 - Teas Press
3
Bakı güldürən şəhərdi, Bakı ağladan şəhərdi, Bakı sönməz atəşiylə sinə dağladan şəhərdi.   Bu tərəfdə göydələnlər, o tərəfdə boz uçuqlar, Meşələr yerində sanki yerə sancılan buruqlar, Ana torpağın döşündən qara süd içən cocuqlar, Bakı ruh verən şəhərdi, Bakı can verən şəhərdi, Bakı öz damarlarından qara qan verən şəhərdi.   O zamanədən də üstün, o zamanə təhkim olmaz, O şərə, riyaya, məkrə, o yamanə təslim olmaz, Onu sındıran tapılmaz, ona sahib heç kim olmaz, Bakı üz verən şəhərdi. Bakı üz alan şəhərdi, Bakı ən qıfıllı dildən belə söz alan şəhərdi. Bura əsrlər boyunca çox olub gəlib-gedənlər, İçinə nifaq salanlar, qara bağrını didənlər, Görən anlayıbmı axır, ona qanlı qəsd edənlər, Bakı səbr edən şəhərdi, Bakı çox dözən şəhərdi, Fəqət, həddi hər kim aşsa, başını üzən şəhərdi. O ürək sevindirəndi, sevənə ürək verəndi, Ən ağır məqamda mərdə, igidə kürək verəndi, Əl uzatsa dost, ya düşmən - hamıya çörək verəndi, Bakı verdirən şəhərdi, Bakı aldıran şəhərdi, Bakı çirkabın içindən göyə qaldıran şəhərdi. Kiminə tikanlı qönçə, kiminə ətirli gülsə, Kimə xoş xəyallı bir qəlb, kimə bir zərif könülsə, Elə bilmə sadəlövhdür. Yeri var, məqamı gəlsə, Bakı fırladan şəhərdi, Bakı oynadan şəhərdi, Ölüsün göyə uçurdan, dirisin udan şəhərdi. Sənə bəxtin üz çevirsə, naxışın gətirsə bir gün, Yığıb əldə sərvətü-var, çox adamdan olsan üstün, Demə, « Qismətim beləymiş, yazıya pozu nə mümkün?» Bakı pozduran şəhərdi, Bakı sildirən şəhərdi, Bakı gizli bir gülüşlə adam öldürən şəhərdi.   Bakı ilə oynamazlar. Bu sözü nə tez unutdun? Elə bilmə ki, görən yox. Neçə dəfə zər də tutdun. Fələyin qumar evində demə «bəlkə» bir gün uddun. Bakı «bəlkə»siz şəhərdi, gözü kölgəsiz şəhərdi. Bakı bu qədim oyunda, zəri nöqtəsiz şəhərdi. Bir işi sığallıyandı, bir işi qulaq burandı. Bir üzü ürək verəndi, bir üzü ürək vurandı, Bir əli cırıb sökəndi, bir əli tikib qurandı, O soyunduran şəhərdi, o geyindirən şəhərdi Bakı atlının belinə, atı mindirən şəhərdi.   Gəzib aləmi dolaş sən, lap elə səmaya yüksəl, Yeri, fəth elə cahanı. Əcəlin çatandasa gəl, O qədər «Mənəm» deyəndən, qalıb adi cansız heykəl, Bakı dəfn edən şəhərdi, Bakı basdıran şəhərdi, Bakı öz ümidlərindən adam asdıran şəhərdi
İlqar Fəhmi
Sayfa 89 - Parlaq imzalar
2